"MiQ-29M" qırıcısı qəzaya uğradı - Misirdə

img

03-11-2018 [18:56]


 Misir Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "MiQ-29M" qırıcısı təlim uçuşları zamanı qəzaya uğrayıb.

RİA "Novosti" xəbər verir ki, bu barədə Birləşmiş Təyyarəqayırma Korporasiyası məlumat yayıb.

"Bizdə Misir HHQ-nin "MiQ-29M" qırıcısının qəzaya uğradığı barədə təcili xəbər var. Yaxın vaxtlarda texniki mütəxəssislərimiz hadisənin araşdırılmasına köməklik göstərmək üçün Misirə yollanacaq", - deyə məlumatda qeyd olunur.

Qəzaya uğrayan təyyarə Rusiyanın 2018-ci ildə kommersiya müqaviləsi çərçivəsində Misirə göndərdiyi "MiQ-29M/M2" qırıcılarından biridir.

Pilotun katapult etdiyi bildirilir.

Bundan əvvəl İranın "Kowsar” tipli qırıcı təyyarələrin kütləvi istehsalına başladığı məlumat verilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA