Merkel siyasətdən nə vaxt gedir? - Özü tarixi açıqladı

img

29-10-2018 [13:59]


Almaniya Kansleri Angela Merkel Xristian Demokrat İttifaqının dekabrda keçiriləcək qurultayında partiya sədrliyinə namizədliyini irəli sürməyəcəyini bildirib.

O, bunu oktyabrın 29-da partiyasının rəhbərliyi ilə görüşdə deyib.

Qeyd edək ki, Angela Merkel Xristian Demokrat İttifaqına 18 ildir rəhbərlik edir. Parlament seçkilərindən sonra Hessedə yerli seçkilərdə məğlub olub.

Angela Merkel 1954-cü il iyulun 17-də Hamburq şəhərində doğulub. 2005-ci il noyabrın 22-dən Almaniyanın Kansleridir. 2000-ci il aprelin 10-dan isə Xristian Demokrat İttifaqına sədrlik edir.

Angela Merkelin partiya sədrliyinə namizədliyini irəli sürməməsi həm də onun növbəti parlament seçkilərində iştirak etməməsi deməkdir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA