25-09-2018 [20:14]
ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışında Suriya, Yəmən və İranla bağlı sərt bəyanatlar verib.
Mia.az xəbər verir ki, o, Suriyada İŞİD-in bitmək üzrə olduğunu bildirib. Əlavə edib ki, radikal islam terrorçularına qarşı fəaliyyətlərini davam etdirəcəklər:
"Ötən il Səudiyyə Ərəbistana səfərimdən sonra Körfəz ölkələri bizimlə birgə daha yaxın işləməyə başladı. Yəməndəki təhlükəli, qorxunc daxili savaşın sona çatması üçün onlar da əllərindən gələni edirlər. Əlbəttə, son qərarı vermək bölgə ölklərinin işidir. Bu bölgələrdə İoardaniya və Misirlə də ittifaq qurub, qana susamış İŞİD-ibitirmək üzrəyik. Biz bütün radikal ismaçı terrorçularının fəaliyyətini əngəlləcəyik".
Tramp Suriyadakı vəziyyətə də toxunub və bu ölkədə davam edən daxili savaşdan narahat olduqlarını deyib:
"İlk işimiz bu döyüşlərin dayandırmasına nail olmaqdır. Ancaq əgər Əsəd rejimi yenidən kimyəvi silaha əl atarsa, o zaman ABŞ hərəkətə geçəcək...".
Tramp İranda diktaturanın hökm sürdüyünü bəyan edib. Deyib ki, bu ölkə qonşularına hörmət etməlidir: "İran özünü zənginləşdirmək üçün bütün qaynaqları yağmalayır. İranın büdcəsindən oğurlanan milyonlarla dollar var. Dindən istifadə edərək, insanları savaşa təşviq etmək yaxşı bir şey deyil. Bu ölkənin genişlənmə planı var. Ona görə mən nüvə anlaşmasından çıxdım və bu, Yaxın Şərq ölkələrin tərəfindən də dəstəkləndi.
Bildiyiniz kimi, İranla nüvə anlaşması 2015-də imzalanmışdı. Bu anlaşmadan sonra İranın hərbi büdcəsi 40 faiz artdı və nəticədə Suriya və Yəməndə xaos böyüdü. ABŞ buna görə sanksiyaya əl atdı. Bununla bu ölkənin qanlı gündəminin qarşısına keçməyi planlayırıq.
Biz heç bir ölkənin terroru maliyyələşdirməyə izn verməyəcəyik. Hansı ki, İran nüvə sazişindən sonra yaranmış vəziyyətdən istifadə edib, terroru dəstəkləməylə cəhd etdi və buna görə indiki durumla üzləşib.
Biz bütün ölkələri İranı dünyadan təcrid etməyə çağırırıq. Çünki İrandakı diktator rejim Suriyada ölüm və yıxımı dəstəkləyir...".
Daha sonra ABŞ prezidenti Donald Tramp daha bir gözlənilməz bəyanat verib.
Belə ki, o, çıxışında BMT İnsan Haqları Komissiyasının fəaliyyətindən narazılığını bildirib və qurumu tərk etdiklərini bəyan edib: "Ötən il bu kürsüdə İnsan Haqları Komissiyasının bu quruma utanc gətirdiyini demişdim. BMT-dəki təmsilçimiz Nikki Heyli bu sahədə çox dərin islahat çağırışı eləmişdi, lakin bu istiqamətdə heç bir addım atılmadı. Bu səbəbdən ABŞ İnsan Haqları Komissiyasından çəkilir”.
Mia.az
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR