25-09-2018 [14:58]
"OPEK və bu təşkilata üzv olmayan ölkələrin son birgə toplantısında hasilatın artırılması ilə bağlı qərarın qəbul edilməməsinə qlobal neft bazarı qısa zamanda reaksiya verdi. Brent markalı neftin bir barelinin dünya bazar qiyməti 2015-ci ildən sonra ilk dəfə 80 dollarlıq psixoloji həddi keçib".
Mia.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu, Azərbaycan neftinin hər barelinin 80 dollardan daha baha satılması deməkdir: "Bir tərəfdən OPEK+ razılıq əldə edə bilmədi, digər tərəfdən isə ABŞ-ın İrana tətbiq etdiyi sanksiayalar qobal təklifin gündəlik 1.1 milyon barel azalmasına səbəb oldu. Bu isə tələb və təklif arasında fərqin genişlənməsinə və nəticədə neftin dünya bazar qiymətində artımlara gətirib çıxarmaqdadır.
OPEK-in son toplantasından sonra JP Morgan Brent markalı neftin hər barelinin qiymətinin yaxın zamanlarda 90 dollara çatacağını proqnozlaşdırıb. Digər tərəfdən, dünya üzrə ümumi iqtisadi tempinin bir müddət öncə azaldılmasına rəğmın neftə tələbin artması müşahidə edilməkdədir. Xüsusən, Çin və Hindistanda neftə tələbin artması qeydə alınır.
Növbəti 20 ildə isə neftə olan tələbin gündəlik 14.5 milyon barel artacağı proqnozlaşdırılır ki, bu da 2040-ci ildə gündəlik 111.7 milyon barel istehlak deməkdir”.
Vüqar Bayramov bildirib ki, ABŞ Prezidenti Donald Trampın tvitləri də artıq neft bazara təsir göstərmir:
"Əslində bu tvtlərdə məqsəd qiymət azalmalarına nail olmaqdan çox Birləşmiş Ştatlar Administrasiyasının yüksək qiymətlərdən heç də məmun olmadığını nümayiş etdirməkir. ABŞ neftin qiymətinin stabilləşdirilməsi üçün tvitlərdən başqa real heç bir addım atmaqda maraqlı görsənmir.
Sanksiyalara məruz qalan İran isə OPEK toplantısından öncə yeni razılaşmaya imkan verilməyəcəyini bəyan etdi və buna da nail ola bildi. 300 milyard barreldən çox neft ehtiyatları ilə dünyada ən zəngil neft rezervinə malik olan Venesualada isə iqtisadi böhran neft sektorunu da bürəməkdədir.
ABŞ-ın mesajlarına dəstək olan Səudiyyə Ərəbistanı bu ilin dekabr ayında keçiriləcək OPEK-in növbəti toplantısında hasilatın artırılması ilə bağlı qərar qəbul etməyə çalışır.
Azərbaycanın gündəlik neft ixracatın 641 min barrel olduğunu nəzərə aldıqda qiymətin 10 dollar atması konsursium daxil olmaqla ölkə üçün 6 milyon 410 min dollar gündəlik gəlir deməkdir. Bu vəsaitdən xərc çıxalandan sonra qalan mənfəətin 75 faizi ölkəmizə çatır. Göründüyü kimi, neftin dünya bazar qiymətindəki artımlar Azərbaycan üçün əlavə valyuta daxil olmaları deməkdir”.
Ekspert qeyd edib ki, bu ilin noyabr ayı neft bazarı üçün əhəmiyyətli olacaq: "Həmin ay ABŞ-da aralıq seçkilər keçirilir və bu seçimin nəticəsi hətta Ağ Evdə belə dəyişikliklərə səbəb ola bolər. Digər tərəfdən, ABŞ noyabradək İrandan neft idxalını dayandırmayanlara sanksiya tətbiq etməyi planlaşdırır. Göründüyü kimi, dünya neft bazarında qlobal oyun qaydalarına yenidən dəyişikliklər edilir”.
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR