Səyavuz Aslan dünyasını dəyizdi; Vida mərasimi Dram Teatrda olacaq

img

27-06-2013 [12:07]


Bu səhər saat 03:58 radələrində Azərbaycanın xalq artisti Səyavuş Aslan dünyasını dəyişib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, gecə saatlarında 77 yaşlı xalq artistinin vəziyyəti pisləşib. Bu barədə çağırış olub. Həkimlər gəlincə, o, dünyasını dəyişib. Səyavuş Aslanın oğlu Çingiz Aslanın ANS PRESS-ə verdiyi məlumata görə, xalq artistinin vəziyyəti gecə saatlarında qəflətən pisləşib. Dərhal təcili yardıma zəng vursalar da, S.Aslan bir neçə dəqiqədən sonra dünyasını dəyişib. Hazırda Səyavuş Aslanın meyidi yuyulmaq üçün məscidə aparılıb. Allah rəhmət eləsin! Xatırladaq ki, Azərbaycanın xalq artisti Səyavuş Aslanla vida mərasimi bu gün saat 13:00-15:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA