Xalq artisti ilham Əliyevə məktub yazdı

img

02-07-2013 [10:55]


Azərbaycanın tanınmış aktrisası, Xalq artisti Afaq Bəşirqızı prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, məktubunda A.Bəşirqızı ölkə başçısına onu ?Şöhrət? ordeni medalına layiq gördüyü üçün təşəkkürünü bildirib: ?Uzun illik səhnə fəaliyyətimə göstərdiyiniz diqqət və qayğıya görə, Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın teatr xadimlərinin təltif edilməsi ilə əlaqədar imzaladığınız Sərəncamla məni ?Şöhrət? ordeninə layiq görməyiniz bütövlükdə Sizin tərəfinizdən Azərbaycan teatr sənətinə verilən qiymətdir. Etimad göstərib layiq gördüyünüz Vətənimin ?Şöhrət? ordenini şərəf və ləyaqətlə daşıyacağıma söz verirəm?-deyə məktubda qeyd olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA