isgəndər Həmidovun qardazı oğlunun oğurlanan mazını tapıldı

img

23-05-2013 [11:22]


Sabiq daxili işlər naziri İsgəndər Həmidovun qardaşı SərdarHəmidovun oglu, Etatist.com internet qəzetinin baş redaktoru Şəhriyar Məcidzadənin 4 gün bundan öncə oğurlanan VAZ 2107 markalı 90 GR 807 maşını tapılıb. Məlumata görə, may ayının 19-da gecə saatlarında Şəhriyar Məcidzadənin yaşadığı evin qarşısından oğurlanan maşını tapılıb və onu oğurlayan şəxslərdən biri bu gün səhər saatlarında Nəsimi rayon 22-ci polis bölməsi işçiləri tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində həbs edilib. Qeyd edək ki, maşın oğurlanandan dərhal sonra Ş.Məcidzadə 22-ci polis bölməsi əməkdaşlarına məlumat verib, daha sonra Daxili İşlər Naziri Ramil Usubova teleqram ilə müraciət etmişdi. Məsələ ilə bağlı açıqlama verən Şəhriyar Məcidzadə bildirib: ?Daxili İşlər Nazirinə müraciətimdən sonra məni 22-ci polis bölməsinin rəisi qəbul etdi və bildirdi ki, əməliyyat tədbirləri davam edir və maşının mütləq tapılacaq. Artıq bu gün maşın artıq tapılıb. Bu gün həm də Daxili İşlər Nazirliyinə çağırılmışam. Saat 12-də gedib təşəkkürümü bildirəcəm, daha məsələ aydınlaşdırılıb. Bundan sonra iş aidiyyatı qurumlarındır?.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA