ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR

img

16-03-2026 [00:08]


ABŞ və İsrail hava qüvvələri Tehranın qərbindəki Tərəşt rayonunda İranın Kosmik Tədqiqatlar İnstitutuna birgə hava hücumu həyata keçiriblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki,  İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) "qəlbi" sayılan Kosmik Tədqiqatlar İnstitutu bu zərbələrdən sonra böyük dağıntılara məruz qalıb.

Məlumata görə, bu obyekt  İranın ballistik raket proqramı və hərbi peyk tədqiqatları üçün şox mühim mərkəz sayılır.

Hərbi mənbələr bildirib ki, hücumdan sonra əraziyə giriş qadağan olunub və zərbələrdən sonra yaranan yanğın çətinlklə söndürülüb.

İran hakimiyyəti hücumun miqyası və ya itkilərlə bağlı rəsmi açıqlama verməyib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA