May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
16-03-2026 [00:06]
Kəbutər HAKVERDİ
Xüsusi olaraq MİA.AZ saytı üçün
***
Qadın aynaya baxırdı və gənclik təcrübəsizliyi ilə qarşı-qarşıya qaldığı gözəlliyə təəccüblənirdi. Gözlərindəki kədərdə əks olunan boşluq üzündəki işığı udduğundan cazibədarlığını itirir və göz yaşı tökməyə hazır zilqara bəbəkləri ağrıdan faldaşı kimi açılırdı.
Başını aynadakı qadının başına söykədi sanki indicə birbirinə sarılacaq və doya doya ağlayacaqlardı. Hər iki qadın mutsuz idi. Aynanın qarşısında saçlarını toplayan bu gənc və gözəl qadın da, onun aynadakı cazibədar əksi də. Bir neçə il əvvəl həyat yoldaşı daha gənc və daha gözəl bir qadına görə onu tərk etmişdi. Yeni bir həyata, yeni bir həyəcana görə arxasını dönüb getmişdi. O gün qapı həyat yoldaşının ardınca örtüləndə qadın sanki nəfəs almağı unutmuşdu. Kişinin ayaq səsləri pilləkənlərdə itəndə ürəyi də o səsin ardınca getmişdi. Qadının indi üç yaşlı bir qızı var idi. Qız atasını tanımırdı. Çünki kişi getdikdən sonra doğulmuşdu. Tam da kişi gedəndən sıkkiz ay on gün sonra. Qadın macal tapıb hamilə olduğunu həyat yoldaşına deyə bilməmişdi. Qızı doğulan gecəsi qadın yalnızdı. Doğum sancıları başlayanda yataq otaəna girib qapını bağlamışdı. Düşünmüşdü ki, bəlkə də öləcək. Bəlkə bu ağrılar onu birdəfəlik susduracaq. Bəlkə qəlbindəki sızıltı bu gecə bitəcək. Amma ölmədi. Qan içində, göz yaşları içində, nəfəsi kəsilərək qızını doğmağı bacardı. Dodaqlarını qıvıraraq ağlayan qız uşağını əlinə götürəndə anladı ki, yaşamalıdır və bu ətcəbala körpə artıq onun həyatdakı məcburiyyətidir. Ana və qız bərabər yaşamağa başladılar. Qadıının ağlı qəbul edirdi ki, bir insan başqasını seçə bilər. Ağlı deyirdi ki, bu həyatdır. İnsan dəyişir. Sevgilər bitir. Amma qəlbi… qəlbi hər gecə üsyan edirdi. Səsi çıxmasın, hıçqırıqlarını körpə düymasın diyə hır gecə üzünü yastığa basıb ağlayırdı.
Bəzən qızına baxanda qorxurdu. Qorxurdu ki, qızının gözlərində atasının baxışlarını görər. Qorxurdu ki, o baxışlar yenə onu yaralayar. Bir gecə, yenə yastıq göz yaşlarından islanmışdı. Qız balaca əlləri ilə anasının üzünə toxundu.
- Ana, niyə ağlayırsan?
Qadın ilk dəfə cavab tapa bilmədi. Çünki bu dəfə nə ağrısı nə də qorxusu özündən böyük deyildi. Bu dəfə o, qızının gələcəyindən qorxurdu. O gecə qadın qərar verdi. Ya bu ağrı qadını öldürəcəkdi, ya da qadın o ağrını öldürəcəkdi. Yatağın içində oturdu və balaca sarı pışık balasına benzəyən kızını bağrına basdı. O gün bərabər yatacaları son gecə idi. Körpəni yatılı körpələr evinə verməyə məcbur olmuşdu. Yeni təklif olunan işin aylıq maaşı yüksəkdi lakin çalışma saatı standart deyil. Bəzən günün sonuna qədər bəzən ikinci növbə işləməlidir. Bir neçə il bu şəkildə işləsə bəlkə kiçik bir ev ala bilərdi. Divarları özünə aid, qapısından yalnız özünün və qızının girə biləcəyi, çatısının altında birbirinə sığınaraq yaşaya biləcəkləri bir otaqlı ev istəyirdi. Pəncərəsi balaca ola bilərdi, amma “özümüzündür” deyə biləcəyi bir ev.
…Əvvəllər iki gündən bir gedirdi qızını görməyə. Termosda sup, kiçik qutuda sevdiyi şirniyyat, bəzən də saçına taxmaq üçün balaca bantlar aparardı. Qızı onu görəndə qaçıb qucaqlayardı. Bu sarılma qadına nə qədər xoşbəxt ola biləcəyini xatırladırdı. Bu şirinlik bir neçə gün hakim kəsilirdi duyğularına. Yolu yüriyərkən gülümsünürdü, arıların vızıltısını duya bilirdi, günəşin ilıq şəfəqlərində qızınırdı. Sonra yenə tükənmələr başlayır, təkliyinin ağırlığı altında əzilirdi. Amma iş yükü hər gün bir az daha da artırılırdı, bəzən gecələri də işləməyə başladı. Əlləri yorulurdu. Gözləri yanırdı. Barmaqlarını qatlayaraq günləri sayırdı. Az qaldı 25 gün… 20 gün… Ah. 10 gün… və aldığı pulu sayarkən ayrılığın acısını da körpənin həsrətini çəkdiyi günləri də unudurdu. “Bir az da dözsəm, ilkin ödənişi edə bilərəm.”... Gecə işi başlayandan sonra qızı ilə yalnız həftə sonları görüşə bilirdi. Qızcığazı alıb evə gəlir yalnız onun sevdiyi yeməkləri bişiririr, aldığı oyuncaqları onun qarşısına tökür, sevimli heyvan fiqurlarını götürüb dovşan, dələ, qarğa, kərtənkələ səsləri çıxararaq qızı ilə söhbət edir, onu əyləndirirdi. Hər həftənin ilk iş günü isə səhər tezdən qızcığazı yataqdan qaldırırdı:
- Qızım, qalxaq…Ana işə tələsir…
Qızcığaz sakitcə qalxırdı. Hər dəfə evdə qalacağına ümid edərək soruşardı:
- Ana, hara gedirik?
Günlər keçdi və qızcığaz daha hara gedəcəklərini soruşmadı. Qadın qızının alışdığını sanırdı. Körpələr evinin qapısında qadın hər dəfə eyni şeyi hiss edirdi — sanki qızcığazı deyil, ürəyini təhvil verir. Bir gün hiss etdi ki, qızı artıq az danışır. Sonrakı günlər narahat olmağa başladı qızcığaz heç danışmırdı. Heç vaxt sual vermirdi. Heç nə istəmirdi. Ağlamırdı da. Sadəcə baxırdı. Qadın onun səsini eşidə bilmirdi. Bir gecə qadın evə qayıdanda əlləri titrəyirdi. Çünki bağçada tərbiyəçi:
- Qızınız çox sakit uşaqdır… həddindən artıq sakit. Demək olar ki, danışmır.Onu həkimə göstərsəydiniz yaxşı olardı.-demişdi.
Tərbiyəçinin dedikləri qadının sinəsində daş kimi oturdu. Ürəyinin dərinliyində nəyinsə paramparça olduğunu acı ilə hiss etdi. O gecə qadın ilk dəfə başqa cür ağladı. Üzünü yastıqda gizlətmədi. Dizlərinə sığınaraq ağladı. Keçmiş ərinə görə yox, tərk edilməsinə görə deyil, öz yarası üçün yox, qızının içində böyüyən səssizlik əzabından ağladı. Qızı danışmırdı, bəlkə artıq heç kimə inanmırdı ona görə sual da vermirdi. Bəlkə qızcığaz anasının çox yorulduğunu gördüyü üçün susurdu. Amma göz yaşları içində düşünürdü ki, bu fikirləşdikləri hamısı bəhanədir və qızı danışa bilmir.
Bir səhər qızı yenə erkən oyatdı. Uşaq gözlərini açdı. Qadın onun üzünə baxdı.
- Məni çox istəyirsən? - qadın pıçıldadı.
Uşaq cavab vermədi. Sadəcə başını tərpətdi, anasının boynuna sarıldı. Amma səsi çıxmadı. O gün qadın çox gözəl geyindi. Saçlarını yanına tökdü əsl artistlər kimi. Maaş almışdı və qızını sevindirəcəkdi. Dünyanın ən bahalı ən marka ən gözəl paltarlarını qızına alacaqdı. Maaşını alan kimi poliklinikaya gedib loqopedin qəbuluna yazılmaq üçün lazım olan ödənişi etmişdi, müayinənin pulunu vermişdi. Dünən qızını alanda novbətci qadına uşağı bu heftə sonu geri gətirəcəyini demiş, cibinə kiçik bir xərclik də basmışdı. Bu bazar günü məcburən gecə növbəsində qalacaqdı.
Bəxtlərindən hava mülayim idi. May ayının gəlişi hər yerdə hiss olunurdu. Havada yüngül torpaq və çiçək qoxusu vardı, böcəklər havada vızıldayarq uçuşurdu. Qızcığaz anasının əlindən bərk yapışmışdı. Hərdən başını qaldırıb anasının üzünə diqqətlə baxır və sonra yenə də… susurdu. Qızı susurdu… Yeraltı keçidə çatdılar. Burası paytaxtın alış veriş mərkəzlərini əvəz edirdi. Paytaxtın ən böyük bazarı olan keçiddə min bir çeşiddə geyimlər, marka paltarlar, xırdavat metrələrcə uzanan dülanlarda satılırdı. Keçidə endilər.Günəşin ilıq şualarından qurtulub sarımtıl, süni işıqların arasına düşüncə qadının başı fırlandı. Ayaq saxladı, özünü toparladı. Beton divarlar sərin idi. Ayaq səsləri daş döşəmədə səs çıxartsa da , insan qalabalığının, basırıq vitrinlərin tünlüyü içində əriyib gedirdi. Satıcıların səsi bir-birinə qarışmışdı. Qadın qızının əlini daha möhkəm tutdu. O əl balaca və isti idi. Qızcığaz hələdə oğrun oğrun anasının üzünə baxırdı. Bu gün qadın ilk dəfə saçlarını çiyinlərinə tökmüşdü. Dodaqlarına azca rəng çəkmişdi. Güzgüdə əksinə baxanda bir anlıq əvvəlki qadını xatırlamışdı — sevilən, gözlənilən qadını. Amma bu gün o, sevilmək üçün yox, ana olmaq üçün gözəlləşmişdi. Qızcığaz sanki hiss etmişdi bunu.
Bir vitrinin qarşısında dayandılar. Çəhrayı, göy, ağ donlar asılmışdı. Qadın qızcığaza baxdı:
- Hansını istəyirsən?
Uşaq vitrinin şüşəsinə baxırdı. Uzun müddət baxdı. Sonra gözlərini anasına çevirdi. Heç nə demədi. Qadın onun balaca əllini sevinclə sıxdı:
- Gəl, bu çəhrayını geyindirək sənə.
Satıcı donu gətirdi. Qızını soyundurdu, bədəni çox arıq göründü. Çiyinləri incə idi. Sanki bir az da kiçilmış, yığılmışdı. Donu geyindirdi. Çəhrayı rəng qızcığazın üzünü işıqlandırdı. Amma gözləri… yenə sakit və lal idi. Qadın udqundu. Qızının sevinəcəyini sanmışdı.
- Fırlan görüm…
Qızcığaz fırlandı.
Satıcı gülümsədi: - Çox yaraşdı.
Qadın pul çıxardı. Öz pulunu xərcləməyin, öz qərarlarını verməyin qüruru vardı içində. Sonra başqa vitrinlərin önünə keşdilər. Geyimlərə, aksesuarlara, oyuncaqlara baxdılar. Sarı, may günəşi rəngdə donu qızcığazın əyninə tutdu. Elə bil günəşin özündən bir parça qoparıb qızının çiyinlərinə qoymuşdu. Sonra ağ rəngli olanı. Süd kimi təmiz ağ rəngi don kurjevalarla bəzədilmişdi. Əmindi ki, qızı da ağ rəngi sevər. Aldıqlarını çantalara yığdı. Çəhrayı kostyumlar, qırmızı jaket, papaq və corablar aldı. Sevincin deyil də ümidin, gələcəyin rəngi kimi. Aldıqlarını səliqəli şəkildə büküb plastik torbalara yığdı. Təzə paltar iyi qadının burnuna doldu. Bir anlıq gözlərini yumdu. Unutmuşdu bu qoxunu. Qızının atası ilə birgə yaşadıqları yeddi il ərzində həyat yoldaşı onu bircə dəfə də pal-paltar almağa aparmamışdı. “Pul boş yerə xərclənməz”, “evdə oturursan onsuz da” demişdi hər dəfəsində. Bu gün isə o, özü alırdı. Heç kimdən icazə almadan. Heç kimə hesabat vermədən. Bu gün qızı üçün ən sevdiklərini, ən gözəllərini alırdı. Qızına baxdı:
- Gözəlim, bax nə qədər paltarın var artıq.
Uşaq torbalara baxdı. Barmaqları plastik paketlərin üzərində gəzişdi. Xışıltı səsi çıxdı. Qadının yadına doğum gecəsi düşdü.
Qan. Tək otaq. Köhnə yorğan. Uşağı o yorğana bükmüşdü. Nə beşik vardı, nə çanta, nə də dünyaya gözünü açan bu balaca varlığa “xoş gəldin” deyən biri. O zaman ağlamağa gücü qalmamışdı. Bu gün isə gözləri dolsa da keçidin ortasında, qızının gözləri önündə ağlamasın diyə özünü sıxdı. Qızına gülümsündü:
- Sən mənim günəşimsən.
Keçidin ortasında birdən işıqlar bir anlıq titrədi. Uşaq instinktiv olaraq anasına sığındı. Qadın aşağı əyildi.
- Qorxdun?
Uşaq başını yavaşca yox mənasında buladı. Amma dodaqları titrədi. Qadın həmin an fərq elədi ki, qızı ağlamağı da unutmuşdu. O an qadın diz çöküb qızının üzünü əllərinin arasına aldı.
- Qızım… sən nə istəyirsən?
Uzun sükut. Sonra uşaq çox zəif səslə:
- Evimizi.-dedi. Daha doğrusu qadın qızının dodaqlarından sanki bu sözün qopduğunu hiss etdi.
Qadının ürəyi sanki yerindən qopdu.
- Hansı ev?
- Sənin yanın…
Bu cümlə qadını silkələdi.
Uşağın istədiyi ev onun ilkin ödənişi üçün çırpındığı dörd divar deyildi. Kredit deyildi. Ev onun uşağı üçün birlikdə yatdıqları yataq idi. Ev hər bazarertəsi tərk edilməmək idi. Ev həftənin birinci günü ayrılmamaq idi. Qadın ilk dəfə anladı ki, özlərinə aid bir evləri olsun diyə çırpınarkən qızını evsiz qoymuşdu.
Keçidin sonunda ayaqqabı dükanları vardı. Şüşə vitrinlərin arxasında düzülmüş balaca ayaqqabılar bahalı oyuncaqlar kimi idi - par-par yanan laklıları, ağ lentli baletkaları, sarı günəş rəngində sandalları. Qadın birdən xatırladı ki, uşağa ayaqqabı almayıb.
- Ayaqqabı da lazımdır… - deyə öz-özünə pıçıldadı.
Vitrinlərə yaxınlaşdılar. Qadının gözü bir cüt ağ ayaqqabıda qaldı. Çox zərif idi. Üstündə balaca inci kimi düymə vardı. Qızının incə ayaqlarında necə görünəcəyini təsəvvür etdi. Sonra sarı sandallara baxdı. Günəş kimi. Elə az əvvəl aldığı donla eyni rəngdə. Ayaqqabını əlinə götürdü.
- Neçəyədir?
Satıcı qiyməti dedi. Qadının ürəyi yüngülcə silkələndi sanki yelləncəkdə yellənirdi. Pulqabını açdı. Qatlanmış pulları saydı. Loqoped üçün böyük məbləğ ödəmişdi. Keşkə yarısını sonraya saxlayaydı.
- Hə… yaxşıdır, - dedi və ayaqqabını yerinə qoydu.
Başqa birini götürdü. Bu dəfə çəhrayı, yumşaq dabanlı.
- Bu neçəyədir?
Qiymət yenə ağır gəldi.
Qadın vaxt çənə-boğaz etməyi bilməmişdi. Satılan bir əşyanı deyilən qiymətdən daha aşağı almaq təcrübəsi yox idi. Hətta həyatında da. Sevgisi üçün əvəz istəməmişdi. Qalmaq üçün yalvarmamışdı. “Qal” deməyi bacarmamışdı. Ayaqqabını yenə yerinə qoydu. Qızcığaz sakitcə dayanmışdı. Heç nə istəmirdi.
Amma uşağa ayaqqabı lazım idi. Qadın üçüncü cütü götürdü. Qırmızı, laklı yenə də hamısından gözəl. Qiyməti eşidəndə dodaqlarını sıxdı. Çarəsizdir. Pul çatmırdı. Qızın ayaqlarına baxdı. Köhnə ayaqqabısı bir az dar idi. Burun hissəsi azca açılmışdı. Uşaq da anasının baxdığı yerə baxdı. Ayağını bir az arxaya çəkdi sanki ayaqqabısının köhnəlməsində günahkar kimi başını endirdi. Qadın gördü. Heç nə demədən torbalardan birini yerə qoydu. Ağ köynəyi çıxardı. Sonra çəhrayı kostyumlardan birini. Geri dönüb paltarları aldığı dükana gedəcək, satıcıya vəziyyəti izah etməyə çalışıb paltarları geri verəcəkdi. Onda bu ayaqqabıların ən bahalısına belə pulu çatardı. Sakit görünürdü. Amma içində fırtına qopmuşdu, gecəni sabaha qədər yenə ağlayacaqdı bilirdi. Olsun. Onun göz yaşları qızının ayaqqabılarından daha dəyərli ola bilməzdi. Elə həmin an çiyni üstündən bir kişi səsi eşidildi:
- O ayaqqabının qiyməti nədir?
Satıcı qiyməti dedi. Kişi cibindən pul çıxardı. Saydı. Uzatdı. Sonra qızcığazı qaldırıb piştaxtanın üstünə oturdu. Ayaqqabıları uşağın ayaqlrına özü geyindirdi. Sanki bu, çox adi bir hadisə idi. Qadın donub qalmışdı. Etiraz edə bilmirdi. “Lazım deyil” demək istədi, amma səsi çıxmadı. Sanki bütün ömrü boyu öz istəklərinə “lazım deyil” deməyi öyrənmiş biri deyildi. Dili dönmədi, dodaqları tərpənmədi. Kişi qızcığazı qaldırıb yerə qoydu və:
- Oldu, - dedi sakitcə.
Sonra uşağın əlindən tutdu və yeraltı keçidin çıxəşəna yönəldi. Qadın bir neçə saniyə yerindən tərpənmədi. Sonra sanki yuxudan oyanmış kimi onların arxasınca getdi. Çöldə yenə may günəşi parlayırdı.
- Təşəkkür edirəm… — mızıldandı. Belə hallarda necə dil-ağız etməyi bilmirdi. Çantasını açdı. Pulqabıda qaln bütün pulu çıxardı- Borclu qaldığımı bilirəm. Xahiş edirəm bunu alın.
Kişi gülümsündü. Pullara baxmadı belə. Əlini uzatdı.
- Adım Cəfərdir.
Qadın susdu. Tanımadığı bir kişiyə adını demək… Bu, təhlükəli idi. Həyat ona bunu öyrətmişdi. Adını söyləmək yaxınlaşmaq idi. Yaxınlaşmaq isə yenidən yaralanmaq demək idi. Onun isə yaraları hələ də sağalmamışdı. Bir qədər sükut içində yanaşı getdilər. Uşaq kişinin əlindən bərk-bərk tutmuşdu. Elə bil qorxmurdu. Əksinə, rahat idi. Bir kafenin yanından keçəndə kişi dayandı.
- Gəlin çay içək.
Qadın dərhal “yox” demək istədi. Amma uşaq əllərindən qopub içəri yüyürdü. Qadın da istər-istəməz kafeyə girdi. Heç belə yerdə olmamışdı. Hər tərəf par-par parlayırdı. Şüşələr, işıqlar, parlaq döşəmə. Masalar naxışlı paravanlarla bir-birindən ayrılmışdı. Qadın uşağın oturduğu masaya yönəldi. Onun yanında oturdu və hiss etdi ki, paravanların olması rahatlıq bir otmosfer yaradır. Sanki dünya onları görmür. Sanki burada bütün problemlərdən gizlənmək mümkündür. Ofisiant çay və müxtəlif şirniyyatlar gətirdi. Artıq adının Cəfər olduğunu öyrəndiyi kişi armudu stəkanlara çay süzdü. Əlləri sakit idi. Səsi də. Qızcığaz boşqabdakı sinikersdən bir parça götürüb ağzına qoydu, aydın və cingiltili səslə güldü. Qadın heyrətlə qızına baxırdı. Bu gülüşü çoxdan eşitməmişdi. O bilirdi ki, qızı şirniyyatı sevir. Bəzən çox baha olmasına baxmayaraq ona sinikers də alırdı. Amma bu gün qızı başqalaşmışdı sanki. Rahat, şən və xoşbəxt idi.
Cəfər qadına baxdı:
- Qızınız çox gözəldir.
Qadın:
- Hə.-dedi- sonra əlavə etdi: — O danışa bilmir.
Bu cümlə dodaqlarından qeyri ixtiyari çıxdı. Qızcığaza baxan Cəfərin üzü kölgələndi. Uşağın dodaqları şkolada bulşmışdı. O ayaqlarını irəli uzadıb yellədi və sevinclə qırmızı ayaqqabılarına tamaşa elədi:
- Mən qırmızını sevirəm.
Qadının əlindəki stəkanı az qala yerə düşəcəkdi. Qızı ilk dəfə bu qədər uzun bir cümlə qurmuşdu. Cəfər gülümsədi:
- Qırmızı ayaqqabılar uçur yoxsa qaçır?
-Qaçır! –qızcığazın səsində şaqraq gülüş vardı.
-Qırmızı ayaqqabılar qaçanda hara gedir?
-Günəşə!
Cəfər də qızcığaz da qəhqəhə atdı. Qadının ürəyi sanki yerindən çıxdı. Qızı… danışır…
Qızcığaz ayağa qalxdı, ayaqlarını yerəvurdu. Qırmızı ayaqqabıların işıqları yanıb söndü. Qadın çaşıb qalmışdı, gözləri yaşla dolmuşdu. Cəmi yarım saat öncə tanış olduğu, adını yeni öyrəndiyi, ayıb ayıb uşağına almaq istədiyi ayaqqabının pulunu verən, onları çay içməyə dəvət edəndə etiraz edə bilmədiyi kişinin yanında bir ağlamağı qalmışdı. O da olsa bu günkü macarası tam olacaqdı. Udqundu. Stəkanı nəlbəkiyə qoyub nəsə demək üçün doğruldu amma elə o an Cəfərin gözü kafenin yuxarı başında qoyulmuş pianoya sataşdı. Qara, parlaq pianonun üzərində kafenin lampalarının işığı əks olunurdu. Cəfərin gözlərindən keçən kölgəni görən qadın soruşdu:
- Piano çala bilirsən?
- Bir vaxtlar. — Cəfər sakitcə cavab verdi.
“Bir vaxtlar.” Bu söz qadına tanış gəldi. Onun da “bir vaxtlar”ı vardı. Bir vaxtlar sevildiyinə inanırdı. Bir vaxtlar bir evdə iki nəfər idilər. Bir vaxtlar gecələri ağlamadan yuxuya getmişdi. Bir vaxtlar bir vaxtların xəyalını qurmuşdu… Qızcığaz sakit addımlarla pianoya yaxınlaşıb onun önündəki balaca dəri stula oturan Cəfərin yanına gedib dizlərinə sığındı.
- Bu nədir? — deyə pianonu göstərdi.
- O danışan qutudur, — Cəfər dedi.
- Sən onunla danışacaqsan?
-Aha. O mənə may ayının nağılını söyləyəcək. Deyəcək ki, yerüzünün ən gözəl qızı mənim yanımdadır və onun qırmızı ayaqqabıları var.
Qızcığaz qəhqəhə ilə güldü.Cəfərin barmaqları pianonun dillərində gəzdi. Əvvəl sanki tərəddüd etdi. Sonra ilk not səsləndi. Yumşaq. İncə. Kafenin işıqları, çayın dadı, şirniyyat qoxusu — hamısı o səsin içində əridi. Qızcığaz hərəkətsiz dayanmışdı. Gözləri fal daşı kimi açılmışdı. Qadın da nəfəsini tutmuşdu. Melodiya laylaya bənzəyirdi. Sanki kimsə ninnni söyləyirdi amma içində qəribə bir kədər vardı. Sanki kiminsə gecə pıçıltısı idi. Cəfər melodiyanı dəyişdi. Həzin bir vals çaldı. Notlar bir-birinin ardınca süzülürdü. Sanki piano danışmır, nəfəs alırdı. Kafenin başqa masasında oturmuş bir cütlük yerindən qalxdı. Qadın uzun, dalğalı, axıcı paltarda idi. Kişinin qollarının arasında yüngülcə süzürdü. Başını kişinin çiyninə qoymuşdu. Çox xoşbəxt görünürdülər. Qadın həmişə qadınların bir kişinin yanında belə rahat, belə əmin, belə xoşbəxt olmasına təəccüblə baxırdı. Bu səhnə ona inanılmaz və bir az da ürküdücü gəlirdi. Çünki xoşbəxtlik onun üçün həmişə keçici olmuşdu. Əvvəl var, sonra yox. “Necə olur ki, belə rahat başını kiminsə çiyninə qoya bilirsən?” — ürəyindən keçirdi. Cəfər musiqiyə gömülmüşdü. Üzündə kədər yox idi, amma sanki hər not bir xatirəyə toxunurdu. Qızcığaz cütlüyün rəqsinə ağzını açaraq baxırdı. Gözləri par-par yanırdı. Sonra qəfil yerindən sıçradı. Anasının əlindən tutdu:
- Ana, gəl!
Qadın çaşdı:
-Qızım…
Qızcığaz onu cütlüyün oynadığı yerə, kafenin ortasına dartdı. Qadın utanırdı. O heç vaxt rəqs etməmişdi. İndi də əli ayağına dolaşmışdı. Uşaq iki əli ilə onun ətəyindən tutmuşdu:
- Ana, belə…bax belə.
Cəfər pianoda melodiyanı bir az yavaşlatdı. Ritmi sadələşdirdi. Sanki qadının addımlarına yer açdı. Uşaq anasının əllərini tutub fırlandı. Qadın ürkək bir addım atdı. Sonra ikincini. Ritmi tuta bilmirdi, bədən hərəkətləri sərt idi. Qızcığaz sevinirdi, xoşbəxt idi. Qızcığaz qadını bir az daha fırlanmağa məcbur etdi. Bir az sonra qadının çöhrəsinə təbəssüm qondu, əlləri boşaldı, çiyinləri yumşaldı. Bədəni musiqinin içində azca əridi. Cəfərin də üzündə təbəssüm vardı. May valsının sədaları qəlbindəki ağrıları yuyub aparmışdı. Qadının yanaqları qızarmışdı. Amma bu dəfə utancından deyil həyəcandan. Cəfər pianonun qapağını qapadıb yerindən qalxdı. Qadına baxdı. Qadın bu dəfə baxışlarını qaçırmadı. Dodaqları aralandı.
- Mənim adım…-Bir anlıq dayandı. Tərəddüd etdi amma sonra cəsarətləndi- Adım Leyladır.
Bu ad illər sonra ilk dəfə yad bir kişiyə deyilirdi. Amma Cəfəri sanki illərdi tanıyırdı və ona güvənirdi.
…Uşaq evinin qapısını tələsik açdı. Bu gün loqopedin qəbul günü idi. Həmişə uşaqların sakit, səssiz oynadığı salonda kimsə ucadan danışırdı. Qadını görən uşaqlar ona tərəf boylandılar. Qızı stulun üstünə çıxmışdı. Əlini-qolunu ölçə-ölçə, yanaqları qızarmış halda hərarətlə nəsə danışırdı. Tərbiyəçilər də çevrilib qadına baxdılar. Uçaq evinin müdiri –günlərlə “qızınızı nitqi qüsurlu uşaqların yaşadığı uşaq evinə göndərmək lazımdır” deyən qadın da bir kənarda durub diqqətlə qızcığazın nağılına qulaq asırdı. Qızının başı o qədər qarışmışdı ki, anasının gəldiyini hiss etmədi:
- Atam mənə qırmızı ayaqqabı aldı! İşıqları da var həm də yeriikcə yanıb sönür. Sonra biz kafeyə getdik! Mən sinikers yedim!
Uşaqlardan biri:
-Kafe nədir?- soruşdu.
- Orda çay içirlər dadlı şkoladlar var. Piano da var orda! Atam piano çaldı!
Qadının ürəyi sıxıldı.
- Bir xala ilə bir əmi oynadı… Mən də anamla rəqs etdim!-Qızcığazın gözləri parıldayırdı — Mənim çox gözəl atam var! Boyu bu boyda…
Əllərini tavana doğru qaldırdı. Və o anda anası ilə göz-gözə gəldilər. Qızcığaz bir saniyəlik susdu. Sonra ağzını geniş açıb gülümsündü:
- Ana!
Qaçıb ona sarıldı. Qadın diz çökdü. İçində qəribə bir qarışıqlıq vardı. Sevinc. Ağrı. Şok. Qızı danışırdı. Bir günün içində tanımadığı bir adam qızının içindəki boşluğa səs vermişdi. Piano ilə, qırmızı ayaqqabı ilə, sinikerslə. Qızcığaz onun üzünü əllərinin arasına aldı:
-Ana, atam da gələcək? Mənə sinigers gətirəcək?
Qadın indi xatırladı — ayrılarkən Cəfər ona telefon nömrəsi verməmişdi. O da soruşmamışdı. Harada görüşə biləcəklərini birbirlərinə deməmişdilər. Onlar sadəcə sağollaşmışdılar. Onların görüşü, qırmızı ayaqqabılar, kafedəki piano, vals hamısı təsadüf idi. Qadın bu şəhərdə təsadüflərə inanmırdı. Amma inanmadığı təsadüflər qızının dərdinə dərman olmuşdu. Dilini açmışdı. Qızcığaz anasının boynuna sarıldı:
- Ana, atam…
Qadın gözlərini yumdu. Cəfərin gülüşünü xatırladı. Səssiz gülürdü sanki köksünün içində günəş doğurdu və işıq çöhrəsinə yayılırdı. Qadın qızının saçlarını sığalladı. Və o an xatırladı ki, onların bir-birini tapmaq üçün heç bir ip ucu yoxdur. Nə telefon nömrəsi. Nə ünvan. Nə də yenidən görüşmək vədi. Onlar bir may günü qarşılaşmışdılar. Bir birlərinə qısa xatirələr qalmışdı. Bir piano melodiyası, bir may valsı, bir cüt qırmızı ayaqqabı, bir fincan çay. Bir də qızının gülüşü. Qadın ağlamamaq üçün dodaqlarını sıxdı. Qızını bağrına basıb qoxladı. İlac kimi qoxladı. Təsəlli üçün qoxladı. Ayağa qalxdı. Qızının balaca, isti əlini tutdu. Küçəyə çıxdılar. Qız yeriyərkən ayaqlarını yerə vururdu. Qırmızı ayaqqabılarının işıqları yanıb sönürdü. Bəzən həyatında möcüzə yaşamaq üçün bir gün kifayət edir. Bəzən bir insan. Bəzi insanlar həyatımıza qalmaq üçün yox, bir qapı açmaq üçün gəlir. Günəşli may günü axşama dönürdü. Haradasa Cəfərin bir neşə gün əvvəl kafedə çaldığı may valsı səslənirdi. Qadın Cəfəri axtarmayacaqdı. Bəzi insanlar axtarıb tapılmaq üçün deyil. Sadəcə bir gün gəlib, səni özünə qaytarmaq üçündür.
Son...
MİA.AZ
İraqda neft və qaz istehsalı tamam dayandı - "Kəmərlərə vurulacaq ehtiyat qalmayıb"
İsrailin F-35I təyyarələri İrana zərbələr endirib
Müğənni Pünhan maraqlı müraciət yaydı: "Həddim deyil!" - VİDEO
ABŞ İRANA HÜCUMUN NƏ VAXT DAYANACAĞINI AÇIQLADI - Neftin qiyməti 200 dollara qalxacaq?
ABŞ və İsrail SEPAH-ın "qəlb"indən yenə vurdu - FOTOLAR
May melodiyası - Kəbutər Hakverdinin hekayəsi
SAVAŞ BU ÖLKƏYƏ DƏ SIÇRADI - ABŞ-la şiə qruplaşması arasında toqquşma şiddətləndi (FOTO)
İSRAİL MEDİASINDAN QORXUNC İDDİA - İran nüvə silahı ilə vurulacaq?
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzanı vurub - On iki fələstinli öldürüldü
Xarici İşlər Nazirliyi açıqlama yaydı
Düşünürəm: Ağıllı insan başqalarının təcrübəsindən də dərs alır - VAHİD TAĞIYEV YAZIR
"Kəpəz"lə "Turan Tovuz" heç-heçyə razılaşıb
Ruhi Əliyevanın 10 manatlıq holdinqi... - 5336 manat borcu var
11-ci siniflər buraxılış imtahanı verdi - Açıqlama
Sabahın hava proqnozu açıqlandı
Müctəba Xamenei Moskvaya aparılıb
Ramazanın 25-ci gününün duası: imsak və iftar vaxtı
XIII Qlobal Bakı Forumu başa çatıb (Yenilənib)
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün maarifləndirici təşəbbüs həyata keçirdi - FOTOLAR
"Sabah" "İmişli"ni darmadağın edib
"Azərişıq" ASC-nin sədri yenidən federasiya prezidenti seçildi
"Bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur" - Hikmət Hacıyev Aİ rəsmisi ilə görüşüb
Sabah hava necə olacaq? - Proqnoz
"AzerGold"da növbəti təyinat oldu
Prorektor müşavir təyin edildi
Azərbaycan nefti 109 dollara satılır - 3.5 dollar da qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə daha bir baş məşqçi istefa verdi
Pakistan və Əfqanıstan arasında toqquşma: 44 post ələ keçirilib
600-dən çox sahibkarın iştirak etdiyi tədbirdə Veysəloğlu Şirkətlər Qrupu mükafatlandırılıb - FOTO
BİR HƏFTƏYƏ MÜHARİBƏ BİTİR? - "ABŞ İsrailə konkret vaxt qoyub"
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - Təfərrüat (YENİLƏNİB)
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışdı
Müğənni yeni imicdə: sevənləri tanıya bilmədi - FOTOLAR
Ramazanın 24-cü gününün duası: imsak və iftar vaxtı
Livan prezidenti: "Biz İsraillə danışıqlara hazırıq, amma..."
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
XIII Qlobal Bakı Forumunun ikinci günü başlayıb (Yenilənib)
BU QANUNU POZANLAR 5 MİN MANATADƏK CƏRİMƏLƏNƏCƏK - Prezident yeni qanunu təsdiqlədi
Novruz bayramında neçə gün iş olmayacaq? - QƏRAR
TƏBİB-in eks-rəhbəri ilə bağlı sensasion iddialar - Xaricdəki jurnalistə gizli məlumatları kim ötürürmüş?
İran raketləri və NATO qalxanı: Türkiyənin üzləşdiyi yeni təhlükəsizlik sınağı (TƏHLİL)
Sabiq icra başçısının şikayətinə "yox" deyildi
Aİ-dən ABŞ-a etiraz - Rusiya nefti ilə bağlı narazılıq yaranıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
İlber Ortaylı vəfat edib