Deputatın qardazı oğlunun izini arazdıran hakimlərə etiraz olundu

img

19-05-2013 [11:42]


Bakı Ağır Cinayətlər Məhkəməsində millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, mərhum Ramal Bayramovun dostları Səməd Məsimov və Elmar Süleymanov məhkəmə iclas zalında iştirak etmirlər. Onlar cinayət işi üzrə zərərçəkən şəxs qismində tanındığı üçün məhkəmə iclasında iştirak etmələrinin vacib olduğu bildirilir. Bundan başqa, məhkəmədə iştirak edən Ramal Bayramovun ailəsinin vəkilləri hakim tərkibinə etiraz veriblər. Zərərçəkən tərəf hesab edib ki, cinayət işinin bu tərkibdə araşdırılması düzgün həyata keçirilməyəcək. Hakimlərə verilən etiraz mayın 23-də davam etdiriləcək məhkəmədə müzakirə ediləcək. İttihama görə, 2012-ci il iyulun 17-də paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən ?1001 gecə? istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun ?Makarov? markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. Rəşad Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur. Qeyd edək ki, etiraz olaraq Ramal Bayramovun ailə üzvləri və ailənin hüquqi nümayəndələri məhkəmə iclasında iştirak etməkdən imtina ediblər(Teleqraf.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA