Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı

img

16-03-2026 [15:12]


Bakıda keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən İbrahim Əsədli, Abdulla İbrahimli, Elçin Bayramlı və Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Mia.az Report-a istinadla xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham olunan şəxslər ittiham üzrə özlərini təqsirli hesab etməyiblər.

Növbəti proses aprelin 6-na təyin olunub.

Qeyd edək ki, sözügedən şəxsləri 2025-ci ilin noyabr ayında polis əməkdaşları saxlayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sözügedən şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyənləşib

Həmin şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

Həmin şəxslərə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA