Polis çinliləri zorla maşına mindirib, gecəyarı qəbiristanlığa düşürdü - Pekin İsveçə etiraz notası verdi

img

16-09-2018 [21:58]


Çin və İsveç münasibətlərində diplomatik böhran yaşanır.

Buna səbəb sentyabrən 2-də Stokholma gələn Çin vətəndaşlarına qarşı polisin zorakı davranışı olub.

Stokholmdakı otellərdən biri Çin turistləri "çox erkən" gəlmələri səbəbindən otelə buraxmayıb. Bu zaman tərəflər arasında mübahisə düşüb. Paytaxt polisi çinliləri zorla maşına mindirərək gecəyarı qəbiristanlığa buraxıb.

Soyuq havada bir saat qalan çinlilər güclə şəhərin mərkəzinə gələ biliblər.

Çin Xarici İşlər Nazirliyi İsveçi vətəndaşlarının həyatını təhlükəyə atmaqda və insan haqlarının təməl prinsiplərini pozmaqda ittiham edərək bu ölkəyə nota verib/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA