"Rusiya və İranla iki və üçtərəfli formatda məqsədyönlü danışıqlar aparırıq" - Çavuşoğlundan Suriya açıqlaması

img

11-09-2018 [22:38]


"Suriyanın İdlib vilayətində terrorçu qruplaşmaların fəaliyyətinə son qoymaq üçün beynəlxalq əməkdaşlıq vacibdir".

"Report” "Sputnik-Türkiyə"yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Buxarestdə Rumıniya-Polşa-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında çıxışı zamanı deyib.

O, Suriya hökumətinin siyasi həll səylərini nəzərə almayaraq, problemləri sırf güc yolu ilə nizamlamağa meyl göstərdiyini diqqətə çatdırıb: "Suriyada sülhün bərqərar olması üçün Türkiyə bütün tərəfdaşlarla, ilk növbədə, Rusiya və İranla iki və üçtərəfli formatda məqsədyönlü danışıqlar aparır. Biz Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik, amma bu məqsədlə dinc sakinlərin öldürülməsindən narahatıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA