117 məhbus aministiyadan yararlandı

img

17-05-2013 [08:47]


?Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında? Milli Məclisin 07.05.2013-cü il tarixli qərarının icrası davam edir. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu gün Xidmətin cəzaçəkmə müəssisələrində, o cümlədən qadın məhkumların saxlanıldıqları 4 saylı cəzaçəkmə müəssisəsində və yetkinlik yaşına çatmayanların Tərbiyə müəssisəsində amnistiya qərarının icrası ilə bağlı yaradılmış müvafiq komissiya üzvlərinin iştirakı ilə məhkumların azadlığa buraxılması təmin edilib. Beləliklə, mayın 17-dək Penitensiar Xidmətin tabeliyində olan cəzaçəkmə müəssisələri üzrə amnistiya qərarının təsiri dairəsinə düşən 117 nəfər məhkum azadlığa buraxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA