Bakıda daha bir dəhzətli avtobus qəzası

img

14-05-2013 [11:23]


Bakının Səbail rayonunda sərnişin avtobusunun törətdiyi yol qəzasında 2 nəfər ölüb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ?Toyota? markalı minik avtomobili və ?Daewoo? markalı sərnişin avtobusu toqquşub. Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olub ki, 2 nəfər qəzada ölüb. ?Toyota? markalı minik avtomobilində olan 2 nəfərin cəsədi xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən çıxarılıb. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 04:45 radələrində başa çatıb. /Anspress/

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA