Jurnalist Vüsal Səid Rzazadənin bu gün məhkəmə prosesi keçirilib

img

20-09-2012 [06:00]


231;u Rayon Məhkəməsində Hakim Tahir Qubadovun Sədrliyi ilə keçirilən məhkəmədə çıxış edən Vüsal Səid qarşı tərəfin irəli sürdüyü bütün ittihamların qanunsuz və tamamilə haqsız olduğunu bildirərək hakimdən məsələni dərindən araşdırmağı, ədalətli qərar çıxarmağı xahiş edib. Əks təqdirdə hakimdən imtina edəcəyini və yaxud Məhkəmə Hüquq Şurasına müraciət edəcəyini bildirən Vüsal Səid Rzazadənin növbəti məhkəməsi oktyabrın 4- nə saat 15 : 00- a təyin olunub. Xatırladaq ki, şikayətçi tərəf məhkəməyə gəlməyib və onları vəkil təmsil edib. Məsələ ilə bağlı SOSİALXEBER.İNFO ya məlumat verən Vüsal Səid Rzazadə rəhbərlik etdiyi ?Days Demand? MMC- nin ərazisi ilə qonşuluqdakı aptekin sahibi arasında yaranan mübahisədən sonra aptek sahibləri onu məhkəməyə verərək faktiki olaraq MMC- nin həyətinə düşən torpağın bir hissəsini və 10 min manat məbləğində təzminat istədiklərini açıqlayıb: ?Mənə məxsus olan obyektin yanında yerləşən aptek yola yaxındır. Arada mənə məxsus olan boş ərazi var idi.?Azəryolservis? asfalt yolu çəkərkən aptekin bir hissəsi yolun planına düşdü. Sonradan yol çəkilməyə başladı, eyni zamanda dövlət tərəfindən yol kənarına hündür hasar çəkildi. İndi isə aptek sahibləri mənə təzyiq edərək, zor gücünə mənim obyektimin payına düşən boş ərazini hasara alıb ələ keçirmək istəyirlər?. Məsələnin böyüdülməsini istəmədiyini söyləyən Vüsal Səidin sözlərinə görə, aptek sahiblərinə təklif edib ki, hasar ortadan çəkilsin və torpaq hər iki tərəfə bərabər şəkildə bölünsün: ?Aptekin sahibləri olan Hacı Namiq və Hacı Faiq həm də ?Təbrik? və ?Mübarək? şadlıq saraylarının sahibləridir. Onlar həm də belə informasiyalar yayırlar ki, Cavid Qurbanovla Zabrat dairəsi yaxınlığında şərikli şadlıq sarayı tikirlər. Eyni zamanda, Şeyxin adından da istifadə edirlər. Belə fikir formalaşdırırlar ki, bunların arxasında Allahşükür Paşazadə durur?. Tapdanan hüquqlarının sona qədər müdafiəsinə hazır olduğunu vurğulayan Vüsal Səid Rzazadə mətbuat konfransı keçirəcəyini, əvvəl- axır məsələnin hüquqi müstəvidə həllinə nail olacağına inandığını söyləyib. Onu da qeyd edək ki, V.S. Rzazadə 2001-ci ildə "Xüsusi İlham Əliyevçilər" təşkilatı yaratmışdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR