207 nömrəli məktəbdə 150 manatdan pul yığılması iddiası araşdırılır

img

09-05-2025 [22:15]


Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mia.az-a verilən məlumata görə, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.

Vurğulanıb ki, aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xatırladaq ki, həmin məktəbdə  "Son zəng"lə bağlı 150 manatdan pul yığılması haqda xəbər tirajlanıb.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib