"Qalatasaray" - "Trabzonspor" derbisi: Fatih Təkkə heyəti müəyyənləşdirib

img

08-05-2025 [17:54]


Bu həftə  "Trabzonspor" lider "Qalatasaray"la derbiyə çıxacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Trabzonspor"unbaş məşqçisi Fatih Tekke derbidə meydana çıxaracağı start 11-liyi böyük ölçüdə müəyyənləşdirib.

Məlumata görə, "Trabzonspor"un qapısını həmişəki kimi Uğurcan Çakır qoruyacaq: "Pedro Malheiro müdafiənin sağında, Mustafa Eskihellaç isə solda yer alacaq. Arseni Bataqov və Okay Yokuşlu stoper kimi çıxış edəcəklər. Batista Mendi və Ozan Tufanı yarımmüdafiədə onlara və hücuma dəstək verəcək. Bu iki futbolçunun önündə Danylo Sikan oynayacaq. Hücum xəttinin sağ cinahında Oleksandr Zubkov, sol cinahda, Edin Viska olacaq".

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:00 08.05.2025

Okan Buruk seçim edib