Üç gömrük işçisinin məxfi yazışmaları - "Rüşvət çarxı" necə fırlanıb? + FOTOLAR
10-05-2025 [12:11]
Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.
Mia.az musavat.com-a istinadla xəbər verir ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.
Onlar ölkəyə idxal edilmiş məhsulların gömrük rəsmiləşdirilməsi prosesində süni maneələr yaradaraq sonradan gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi müqabilində vətəndaşdan rüşvət alan bir qrup vəzifəli şəxs cinayət başında yaxalanıblar.
Belə ki, Pərviz adlı vətəndaşa məxsus şirkətin hesabına idxal edilmiş avtomobil ehtiyyat hissələrinin gömrük rəsmiləşdirilməsində süründürməçilik yaradıblar. Malların buraxılması üçün vətəndaşdan 8 min manat rüşvət alıblar.
Rüşvət alınan şəxs Pərviz adlı vətəndaş olub. İstintaqla müəyyən edilib ki, Pərviz Elşan Adbullayevin tanışı olub. Pərvizin Elşana pul borcu da olub.

Pərviz gömrükdən mal gətirən zaman onun yükləri Məzahir tərəfindən saxlanılıb. Əvvəlcə malların buraxılması üçün 22 min manat pul tələb edilib. Sonda 8 min manata razılıq əldə olunub. Həbs edilən şəxslər iddia ediblər ki, Pərviz Elşanın borcunu qaytarmadığı üçün belə bir oyun qurublar. Onlar Pərvizdən rüşvət yox, Elşanın borcunu geri almaq istəyiblər.
Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazşmalar da sübut kimi ələ keçirilib.

Pərviz dindirilən zaman deyib ki, Elşana borcu olub. Amma bu, rüşvət məsələsinin borcla heç bir əlaqəsi olmayıb. Onun sözlərinə görə tələb edilən 8 min manatın 6 min manatını verdikdən sonra maşınlarını gömrükdən buraxıblar.
Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsasə hissəsi də Məzahirə çatıb.

İstintaq materiallarına əsasən tərəflər arasındakı yazışmaların bir hissəsini təqdim edirik:
Elşan: Pərvizin nömrəsi məndə yoxdur. Onun nömrəsini at danışım.
Ədalət: Vaxt gedir danış. Çalış ki, söz al. Asta-asta və sözünü de.
Ədalət: Tezləşdir. “Obeddən” sonra gec olacaq. Sonra gələcək üçün də heç nə edə bilməyəcəyik.
Ədalət: Onların qara siyahısında düşdünsə, getdin.
Elşan: Yığıram adboy verir. Bəlkə yazım buna? Nə məsləhət görürsən? Deyim ki, bu qədər ver, çəkil dur qıraqda. Mən də işini həll edim. Deyim ki, xaçmazlı kimi gömrükçülər mənə zəng vurub. Bəlkə belə deyim ona?
Ədalət: Əla, gözəl. Denən malı tökəcəklər, eyniləşdirmə apracaqlar, sayacaqlar, burnundan gələcək. Tam qorxud. Denən ki, 22000 ver, dur qırağa. Gömrüyə nə keçiriləcəksə özümüz keçirəcəyik.
Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazıması:

Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm o zəng edib soruşsun ki, noldu, niyə vermədi?
- Pərviz: Elşən müəllim, 100 faiz veriləcək. Mənim maşınım da ordadır. Qaçan yerim yox, maşını da çıxartmamışam. Düzdür, buraxılış verilib. Sağ olsun. İndi işdir oldu. Narahat olmayın çatdıracaqlar.
Məhkəmə təqsirləndirilən şəxsi törədilən cinayət əməlində təqsirli bilərək ağır şəkildə cəzalandırıb.
Hökmə əsasən Məzahir İsmayılov 9 il 6 ay, Elşan Abdullayev və Ədalət Quliyev 9 il azadlıqdan məhrum ediliblər.
Sabah hava necə olacaq? - Proqnoz
İran ABŞ və İsrailin gözlənilməz hücumuna cavab verməyə başlayıb
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı
Çempionlar Liqasında püşk: "Qalatasaray" "Liverpul"a rəqib oldu
Könül Eminovanın öldürülməsi ilə bağlı cinayət işi açılıb
Şamaxı rayonunda zəlzələ olub
Hoteldəki faciəyə görə ayrıca cinayət işi - Mehdiyevlər dindirilib
Prezidentlə xanımının adından rəsmi nahar verildi - VİDEO
Martın 3-də ilin ilk Ay tutulması olacaq
İSRAİLDƏ NƏ BAŞ VERİR? - ABŞ diplomat və onların ailələrini ölkədən çıxarmağa başlayıb
Pakistan və Əfqanıstan müharibəyə başladı - "Səbrimiz artıq tükəndi, açıq müharibəyə girdik" (YENİLƏNİB)
Daha bir qalmaqallı veriliş dayandırıldı
Vitse-spiker: "Milli Məclis yox, Millət Məclisi olmalıdır"
Azərbaycan Beynəlxalq Bankının məntiqi, yoxsa məntiqsizliyi? - Tanınmış jurnalist yazır
"Azəriqaz"da gülünc olay: xadimələr imtahana çəkilib, 80-i "kəsilib"
Bakıya yağış, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
Milli Məclisin növbəti iclasının vaxtı bəll olub