Ələkram Hümbətovun qan qusan kamera yoldazının zikayəti rədd olundu

img

10-09-2012 [10:19]


Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan və bilərəkdən vərəmin ağır formasına tutulmasına şərait yaradıldığını iddia edən Mirzəyev Natiq Fərhad oğlunun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı qaldırdığı iddia tələbləri növbəti dəfə rədd olunub. Mia.az xəbər verir ki, adıçəkilən məhbus 1994-ci ildə iki nəfərin qətlinə görə ölüm hökmü ilə cəzalandırılsa da, qanunvericiliyin dəyişməsi ilə cəzası ömürlük cəza ilə əvəzlənib. Məhbus buna da etiraz edərək yeni qanunvericiliyə görə cəzasının 15 illə əvəzlənməsini tələb edən çoxsaylı iddialar qaldırıb, lakin onun iddiası təmin olunmayıb. Hətta Natiq Mirzəyev İnsan Haqları üzrə Avropa Məhkəməsinə də müraciət edib. Lakin onun cəzasının azaldılması haqda tələbləri təmin olunmasa da, 2000-ci ilin yanvarında ölüm cəzasını çəkən məhbuslar üçün müəyyən olunmuş Bayıl Həbsxanasının 5-ci bölməsində yoluxucu xəstə məhbusların saxlanıldığı dezinfeksiya olunmamış kamerada saxlanılması, həmçinin, 2000-ci ilin fevralında vərəmdən əziyyət çəkən separatçı Ələkram Hümbətovun olduğu kameraya köçürülməsi səbəbindən vərəmə bilərəkdən yoluxdurulması haqda şikayətinin Azərbaycan məhkəmələrində araşdırılmasına qərarı verilib. Beləliklə, müalicəsinə yaradılan problemlər üzündən hazırda qan qusmaq həddinə çatan məhbus Penitensiar Xidmətin rəhbərliyinə qarşı iddia qaldıraraq, sağlamlığına vurulmuş zərərə görə kompensasiya qismində 20 min manat təzminat tələb edib. O, iddia edib ki, həbsin pis şəraitini və vərəmdən əziyyət çəkən məhbuslarla bir kamerada qəsdən saxlanılıb. Və bunu nəzərə alaraq, həbsxana müdiriyyəti onun vərəmə tutulmasına birbaşa məsuliyyət daşıyır: ?İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarı ilə Ali Məhkəmənin 30 may 2012-ci il tarixli iclasında Natiq Mirzəyevin şikayətlərinə yenidən baxılması üçün ?yaşıl işıq? yandırılıb və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınıb. Bu qərara əsasən, sentyabrın 4-də Qobustan Qapalı Həbsxanasında açıq məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsində hakim Raqub Qurbanovun sədrliyi ilə məhbusun şikayətinə baxılıb?. Əldə etdiyimiz məlumata görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Raqub Qurbanov məhbus Mirzəyevin Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən yönəlik tələblərini rədd edən növbəti qətnamə çıxarıb: ?Hakim məhbusun şikayətini rədd eləməklə, həm də İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarına da saymazyana yanaşıb?. Məsələ ilə bağlı qarşı tərəflərin mövqeyini öyrənə bilmədik. Onları da dinləyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR