Ərdoğandan ABŞ-a kəskin ittiham: "Bu rəqəmi Putinə dedim, təəccübləndi..."

img

09-09-2018 [12:10]


"ABŞ, hazırda Suriyada olanları tamamilə tribunadan izləyən tamaşaçı vəziyyətindədir. Heç bir sözünün arxasında durmayıb. Menbiçlə bağlı verdiyi sözü tutdumu? 90 gün dedi, 90-ı keçdi...”.

Bu sözləri Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ indi yenidən terror təşkilatlarını Menbiçə yerləşdirməyə cəhd edir.

"Deyr-əz-Zor-da eyni şeyləri etdi. Hazırda Deyr-əz-Zorda terror təşkilatlarını, PYD-ni, YPG-ni bəsləyirlər. Nə ilə? Neftlə. Orada terror təşkilatlarının neftdən çox ciddi gəliləri var. 300 milyon dollarlıq xam neftin gəliri həmin terror təşkilatlarınındır. Hələ bunun emal olunmuşunu demirəm. Hər halda 700-800 milyon dollar olar. Bu rəqəmi Putinə də dedim, təəccübləndi. Amerika hazırda Suriyada iki terror təşkilatını bəsləyir. Onları maşa olaraq istifadə edir”/Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA