Obama, nəhayət, sükutu pozdu: "Amerikalıların ABŞ-ı Trampdan xilas etmək vaxtı çatıb..."

img

08-09-2018 [11:48]


Hazırkı ABŞ Prezidenti Donald Tramp amerikalıların qorxu və qəzəbindən faydalanır ki, bu da amerikalıların arasındakı birliyi parçalayır.

Bunu ABŞ-ın eks-prezidenti Barak Obama deyib. 

Onun sözlərinə görə, hakimiyyətə sahib olan insanlar amerikalıların parçalanmış, pis niyyətli olaraq qalmalarını istəyirlər:

"Bu onlara status-kvonu saxlamağa imkan verir. Bu parçalanma Donald Trampla başlamayıb. O səbəb deyil, nəticədir. O, sadəcə olaraq seçicilərin indiyə qədər siyasətçilərlə bağlı toplanan şikayətlərindən faydalanmağa çalışır”.

Onun sözlərinə görə, amerikalıların ABŞ-ı Trampdan xilas etmək vaxtı çatıb. O bunun üçün amerikalıların Konqres seçkisinə gəlməli olduğunu deyib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA