Prezidentliyə namizədi bıçaqla vurdular -Çıxışı zamanı + VİDEO

img

07-09-2018 [11:06]


Keçirilən sorğuların nəticələrinə əsasən, Braziliyada prezidentliyə əsas namizəd hesab edilən Sosial Liberal Partiyasının nümayəndəsi Jair Bolsonaru ciddi bıçaq yarası alıb.

"İnterfaks" xəbər verir ki, hücum dünən Braziliyanın Juis de Fora şəhərində onun mitinqdə çıxışı zamanı baş verib.

J.Bolsonaru şok vəziyyətində və qarın nahiyyəsinin içərisinə nüfuz edən bıçaq yarasının səbəb olduğu ağır qanaxma ilə xəstəxanaya gətirilib.

Həkimlər əməliyyatdan sonra yaralının azı 10 gün xəstəxanada qalmalı olacağını qeyd edirlər. Onların fikrincə, prezidentliyə namizədin həyati təhlükəsi yoxdur/Report.



Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA