Kremldən Britaniyanın ağır ittihamına cavab: "Skripalın zəhərlənməsində Rusiyanın əli yoxdur"

img

06-09-2018 [22:25]


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkə kəşfiyyatının sabiq zabiti Sergey Skripal və qızının zəhərlənməsilə bağlı Britaniyanın baş naziri Tereza Meyin ittihamlarına cavab verib.

Teleqraf.com xəbər verir ki, Peskov Solsberidə baş vermiş olayda ölkəsinin hər hansı bir əlinin olmadığını bəyan edib.

Qeyd edək ki, T.Mey rəsmi şəkildə bəyan edib ki, Sergey Skripal və qızı Yuliyanın zəhərləməsinə görə Rusiyanın xidmət orqanları məsuliyyət daşıyır.

Onun sözlərinə görə, Britaniya prokurorluğunun adlarını açıqladığı hər iki şəxs – Aleksandr Petrov və Ruslan Boşirov Baş Kəşfiyyat İdarəsi kimi tanınan Rusiya hərbi kəşfiyyatında xidmət edirlər.

Xatırladaq ki, martın 4-də Böyük Britaniyanın cənubundakı Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliyaya qarşı əsəb-iflic qazı vasitəsilə hücum həyata keçirilib. Onlar şəhərdə huşsuz vəziyyətdə tapılaraq xəstəxanaya çatdırılıblar. Martın 12-də baş nazir Tereza Mey parlamentdəki çıxışında hadisə ilə bağlı aparılan ilkin təhqiqata dair məlumatlar verib. O bildirib ki, S. Skripal və qızına qarşı SSRİ-də hazırlanmış və Rusiyanın sərəncamında olan "Noviçok” adlı kimyəvi silah tətbiq edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA