Britaniyada rusiyalı keçmiş kəşfiyyat zabitini kimlər zəhərləyib? - Polis adlarını açıqladı + FOTO

img

05-09-2018 [22:25]


Böyük Britaniyanın hüquq-mühafizə orqanları rusiyalı keçmiş kəşfiyyat zabiti Sergey Skripal və onun qızını zəhərləməklə öldürmək istəyən şəxslərin adlarını açıqlayıb.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxslər Rusiya vətəndaşı - Aleksandr Petrov və Ruslan Boşirovdur.

Britaniya polisi həmin şəxslərin həbsi üçün kifayət qədər dəlillərin olduğunu bəyan edib. Bildirilib ki, şübhəlilər martın 2-də Londona gəliblər. A.Petrovla R.Boşirov əvvəlcə Skripalın yaşadığ mənzilin önündə müşahidə aparıblar. Bundan başqa onların qaldığı oteldə zəhərləyici maddə olan "Noviçok” tapılıb.

Britaniya polisi bildirib ki, martən 2-də ölkəyə gələn şəxslər martın 4-də ölkəni tərk eidblər. Polis onların fotolarını paylaşsa da, istisna etmir ki, onların adları da saxta ola bilər.

Xatırladaq ki, bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti 66 yaşlı Sergey Skripal Londonda 33 yaşlı qızı Yuliya ilə birlikdə zəhərlənib. Rəsmi London Skripal ailəsinin zəhərlənməsində Rusiyanı ittiham edir. Rusiya isə bu ittihamları qəti şəkildə inkar edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA