Rusiya İdlibə bomba yağdırır, ABŞ narahat oldu - Pompeo Çavuşoğlunu aradı

img

04-09-2018 [22:13]


ABŞ Dövlət katibi Mayk Pompeo bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluya zəng edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telefon danışığında Suriyanın İdlib bölgəsində gərginləşən vəziyyət, həmçinin Menbiçlə bağlı atılacaq birgə addımlar müzakirə olunub.

Məlumata görə, Pompeo əsasən Rusiyanın İdlibə yağdırdığı bombalardan narahatlığını ifadə edib.

Xatırladaq ki, Rusiya uzun müddətlik susqunluqdan sonra bu gündən etibarən Türkiyənin 12 müşahidə məntəqəsinin yerləşdiyi İdlibi qısa fasilələrlə bombalayır.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA