Ərdoğan Bişkekdə bəyanat verdi: "Dolların beynəlxalq ticarətdəki dominantlığına qon qoymaq lazımdır"

img

02-09-2018 [13:58]


Dolların beynəlxalq ticarətdəki dominantlığına qon qoymaq lazımdır.

Belə bəyanatla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə çıxış edib.

O qeyd edib ki, beynəlxalq ticarətin dollara bağlılığı tədricən böyük problemə çevrilir.

Ərdoğanın sözlərinə görə, ticarətin sadələşdirilməsi üçün nəzərdə tutulan sistem hazırda ən böyük maneəyə çevrilib.

Prezident qeyd edib ki, valyuta kursları ilə manipulyasiyanın əsas məqsədi güclü və sağlam Türkiyə iqtisadiyyatına dair şübhələr yaratmaqdır.

"Məqsəd – Türkiyə iqtisadiyyatına zərbə endirməkdir. Lakin hökumətin gördüyü tədbirlər və Türkiyə xalqının qətiyyətli mövqeyi nəticəsində bu cəhd uğursuzluğa düçar olub”, - Ərdoğan deyib/Virtualaz.org.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA