10 ölkənin hərbçiləri Gürcüstanda - NATO-nun hərbi təlimləri başladı

img

01-09-2018 [18:03]


Gürcüstanda Senaki hərbi bazasında NATO-nun çoxmillətli "Agile Spirit 2018” (Çevik ruh) hərbi təlimlərinə start verilib.

"Report”un yerli bürosunun məlumatına görə, rəsmi açılış mərasimində Gürcüstanın müdafiə naziri Levan İzoriya, ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsini icra edən Elizabet Rud və digər rəsmi şəxslər iştirak ediblər.

Təlimlərə Gürcüstan, ABŞ, Bolqarıstan, Rumıniya, Latviya, Yunanıstan, Ukrayna, Türkiyə, Çexiya və Estoniya hərbçiləri qatılıb.

Sentyabrın 11-dək davam edəcək təlimlərin keçirilməsində məqsəd NATO çevik reaksiya qüvvələrinin tərkibində birgə əməliyyatlara və böhran vəziyyətlərə hazırlığın artırılmasıdır. 

Qeyd edək ki, "Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA