Ərdoğan ABŞ-a xəbərdarlıq etdi: "Əlimiz-qolumuz bağlı şəkildə oturaqmı?!"

img

31-08-2018 [13:05]


"Biz ABŞ-la imzalanan müqaviləyə uyğun olaraq, 900 milyon dollar ödəmişik. "F-35” qırıcılarının Türkiyəyə təhvil verilməsi lazımdır”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, dünya artıq tək bir ölkədən ibarət deyil: "Əgər ABŞ qırıcıları Türkiyəyə təhvil verməsə, başqa ölkədən alacağıq. Yaxud qırıcıları özümüz istehsal edə bilərik”.

R.T.Ərdoğan terrorçuluqla mübarizə məsələsində ölkəsindən nə tələb olunduğunu da açıqlayıb: 
"Bütün terror təşkilatları ölkəmizi soyub talasın, işğal etsin, lakin biz əlimiz-qolumuz bağlı şəkildə oturaqmı?! Hər kəsə terrorla mübarizə aparmağa imkan verilir, ancaq məsələ Türkiyəyə gələndə birdən-birə işin mahiyyəti dəyişir. Biz Suriyadan həyata keçirilən hücumlar qarşısında təkbaşına buraxılmış ölkəyik. Hava hücumundan müdafiə sistemləri bizə verilmədi. Hətta Türkiyəyə satmadıqları silahları təmənnasız şəkildə terror qruplaşmalarına verdilər. Biz alternativ axtaranda isə dərhal qarşımızı kəsib deyirlər ki, bunu edə bilməsiniz. Bizim belə yanaşmaları qəbul etməyimiz mümkün deyil. Türkiyənin Rusiya istehsalı olan "S-400” hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Bununla bağlı müqavilə bağlamışıq və qısa zamanda onları alacağıq. Türkiyənin layihə ortağı olduğu "F-35”lərə də, eləcə də özümüzün istehsal etdiyimiz təyyarələrə də ehtiyacı var. Bunu bizə verərlər, verməzlər bilmirəm. Amma "F-35”lərin Türkiyəyə veriləcəyi təqdirdə anlaşmaya əməl etdiklərini təsdiqləmiş olarlar”.
report


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA