300 min hərbçi, 36 min hərbi texnika... - Putin son 37 ilin ən böyük hərbi təliminə qərar verdi

img

28-08-2018 [13:03]


Sentyabr ayında Rusiyada keçiriləcək "Vostok-2018" təlimlərinə, təxminən, 300 min hərbçinin və mindən artıq uçan vasitənin cəlb edilməsi planlaşdırılır.

TASS xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, belə irimiqyaslı manevrlər 1981-ci ildən bəri ölkədə keçirilməyib.

Nazir vurğulayıb ki, manevrlərdə həmçinin 36 min ədəd hərbi texnika - tanklar, zirehli nəqliyyat-döyüş maşını, piyadaların döyüş maşını - döyüş şəraitinə maksimuma yaxın şərtlərdə iştirak edəcək.

"Vostok-2018" təlimləri sentyabrın 11-15-də keçiriləcək və Silahlı Qüvvələrin hazırlığının ən böyük tədbiri olacaq. Manevrlər beynəlxalq status alıb. Onun bir mərhələsində Monqolustan və Çin birləşmələri də iştirak edəcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA