BMT Myanmada müsəlmanlara qarşı soyqırımı təsdiqlədi - Facebook hərbçilərin səhifələrini qapatdı

img

27-08-2018 [22:55]


"Facebook” sosial şəbəkəsi BMT-nin Myanmada insan haqlarının pozulması faktlarını toplayan missiyasının rohinca müsəlman xalqına qarşı soyqırımı cinayəti törədilməsini təsdiqlədikdən sonra bu ölkənin hərbi rəhbərlərinə aid 18 qeydiyyat hesabını və 52 səhifəni bağlayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sosial şəbəkə, həmçinin hərbi qüvvələrin ali baş komandanı, böyük general Min Aunq Hlayn da qara siyahıya daxil edib.

Kompaniyanın bəyanatında hərbi rəhbərliyin qadağa altına düşən nümayəndələrinin BMT missiyasının əməkdaşlarının məruzəsinə daxil edildiyi də vurğulanıb.

Qeyd edək ki, bu gün BMT-nin insan haqları üzrə Ali komissarının idarəsi Rakhayn ştatında soyqırımı, həmçinin Rakhayn, Kaçin və Şan ştatlarında insanlıq əleyhinə və hərbi cinayətlərlə bağlı Myanma ordusunun ali hərbçiləri, o cümlədən general Hlayn barədə təhqiqat aparılaraq cinayət işlərinin açılmalı olduğunu bəyan edib.

İdarənin əməkdaşları beynəlxalq hüququ ciddi pozan şəxslərə qarşı səyahətlərə qadağa qoyulması və aktivlərin dondurulması da daxil olmaqla, fərdi sanksiyaların tətbiq edilməsi üçün BMT Təhlükəsizlik Şurasına tövsiyə ünvanlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA