"Rusiya və Türkiyə ilə əlaqələr olmadan Avropanı qura bilmərik" - Makrondan mühüm mesaj

img

27-08-2018 [16:50]


"Uzunmüddətli perspektivdə Avropanı Rusiya və Türkiyə ilə əlaqələr olmadan qura bilmərik".

TASS xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Parisdə fransalı səfirlər qarşısında çıxış edərkən deyib.

Fransa prezidentinin sözlərinə görə, Avropa İttifaqı (Aİ) Rusiya və Türkiyə ilə yalnız strateji tərəfdaşlıq çərçivəsində əlaqələr qurmalıdır: "Bu ölkələr Aİ-nin kollektiv təhlükəsizliyi üçün vacibdir. Onları Avropaya birləşdirmək lazımdır. Çünki onların Avropa ilə birgə tarixi var. Gələcəyimizi birlikdə qurmalıyıq".

Bundan əlavə, o, qeyd edib ki, Fransa beynəlxalq münaqişələrin həllində vasitəçi rolu oynamalıdır: "Biz diplomatik, hərbi, mədəniyyət, təhsil, milli və Avropa nəhəngi olmalı və həmişə vasitəçi kimi çıxış etməliyik"/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA