Trampdan rəqiblərinə təhdid: "Mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək..."

img

23-08-2018 [17:34]


"ABŞ prezidentinə impiçment elan olunması ölkə iqtisadiyyatı üçün acı fəsadlara gətirib çıxaracaq".

Bunu "Fox News"a müsahibəsində Ağ evin sahibi Donald Tramp bildirib.

"Başa düşə bilmirəm, bu qədər gözəl iş görənə necə impiçment elan etmək olar. Əgər nə vaxtsa, mənə qarşı impiçment elan etsələr, bazarlar çökəcək, hamı çox kasıb olacaq", - o deyib.

Qeyd edək ki, bu il noyabrın 6-da ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Demokratlar Partiyası bu seçkilərdə çoxluq qazana və Respublikaçılar Partiyasını təmsil edən Donald Trampa qarşı impiçment elan edilməsi prosesinə başlaya bilər.

Eyni zamanda son vaxtlar Donald Trampın adı qadınlara qarşı seksual xarakterli hərəkətlər etməsi və onlara susmaq müqabilində pul təklif olunması kimi qalmaqallarda hallanır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA