“İran rəsmiləri istəsələr, görüşərik, yox, əgər istəməsələr..." - Trampdan Tehrana mesaj

img

21-08-2018 [16:05]


ABŞ Prezidenti Donald Tramp "Röyters" agentliyinə müsahibəsində İranla danışıqlardan və bununla bağlı rəsmi Tehrana irəli sürdüyü təklifindən danışıb.

O, İranla danışıqlara başlamaqda maraqlı tərəf olmadığını bildirib.

Tramp jurnalistin "Sizin Həsən Ruhani ilə ilkin şərtsiz danışıqlara hazır olmağınızla bağlı təklifinizin İran rəsmiləri tərəfindən rədd edilməsinə münasibətiniz nədir” sualına cavabında deyib:

"İran rəsmiləri istəsələr, görüşərik, yox, əgər istəməsələr, problem deyil. Daha doğrusu, onların mənimlə görüşüb-görüşməməsi mənim üçün o qədər də əhəmiyyətli deyil”.

Teleqraf.com

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA