Pentaqondan Türkiyə-ABŞ gərginliyinə reaksiya: "Münasibətlər kəsilməyib..."

img

21-08-2018 [15:50]


ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son günlər ABŞ və Türkiyə arasında baş verən diplomatik böhranla bağlı açıqlama verib.

Pentaqonun mətbuat katibi Rob Manning diplomatik böhranın ABŞ və Türkiyə arasındakı hərbi əməkdaşlığa mənfi təsir göstərmədiyini bildirib.

O, tərəflərin Suriya məsələsi ilə əlaqədar əməkdaşlığının davam etdiyini açıqlayaraq deyib: "Pentaqonun Türkiyə ilə münasibətləri kəsilməyib, əməkdaşlıq davam edir”.

Qeyd edək ki, amerikalı keşiş Endryu Bransonun Türkiyədə ev həbsinə məhkum edilməsi rəsmi Ankara və Vaşinqton arasında diplomatik gərginliyə səbəb olub.

ABŞ-ın Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilən keşişin ekstradisiya tələbinin qarşı tərəfdən rədd edilməsinə cavab olaraq, Vaşinqton Türkiyəyə sanksiyalar tətbiq etməyə başlayıb/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA