Sarkisyanın qardaşı oğlu beynəlxalq axtarışa verilib

img

21-08-2018 [13:09]


Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.

Ölkənin hüquq-mühafizə orqanları İnterpolla əməkdaşlıq halında Sarkisyanın axtarışını həyata keçirir.

O, qanunsuz silah, narkotik saxlama və fırıldaqçılıqla bağlı açılan cinayət işi çərçivəsində axtarışa verilib. Sarkisyan, eyni zamanda insan oğurluğunda ittiham edilir.Belə ki, ötən ilin avqustunda İrəvanda gecə klubu açmaq istəyən iş adamı zorla Narek Sarkisyanın evinin zirzəmisinə gətirilib. Biznesmen döyülərək bu planından imtina etməyə məcbur edilib. Həmin vaxt Sarkisyanın da kişini döydüyü və tapança ilə hədələdiyi ittihamlar arasındadır/qafqazinfo



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA