17-08-2018 [19:25]
"Məni əksinqilabın mərkəzi elan etməyə çalışacaqlar”, – Ermənistanın ikinci prezidenti Robert Koçaryan özünə yaxın "Yerkir media” telekanalına müsahibəsində belə deyib.
Koçaryan 2008-ci ilin prezident seçkisindən sonrakı hadisələr zamanı konstitusion quruluşu devirməkdə ittiham olunur.
"Düşünürəm ki, məni mütləq, ola bilsin ki, yaxın mitinqdə əksinqilabın mərkəzi elan edəcəklər ki, bu da həqiqətə heç uyğun deyil. Ancaq bu, oxşar şüarlarla irəli getməyin bir yoludur. Bilirsiniz, adamları nəyləsə məşğul etmək, onlara yeni hədəf, səfərbər olmaqdan ötrü yeni qüvvə vermək lazımdır, digər səfərbəredici bir şey yoxdur, axı”, – Koçaryan deyib.
Keçmiş prezident müsahibəsində onun guya 4 milyard dollarlıq varidatı olması haqda medianın yazdıqlarını "absurd” adlandırıb:
"Qəzetlər milyardlar barədə uydurmalar yazırlar. Birincisi, iqtisadiyyatdan az-çox başı çıxan bilməlidir ki, 2,5 milyardlıq büdcəsi olan ölkədə 4 milyardlıq sərvətə malik şəxs ola bilməz. Bu ittihamlar, uydurmalar o qədər absurddur ki, onları 2-3 dəfə təkzib edəndən sonra fikir verməməyə başladım, anlayırsan ki, mənasızdır. Absurda inananı əks bir şeyə inandırmaq çətindir”.
İndiki və keçmiş hakimiyyətin iqtisadi siyasətindən danışan Koçaryan "iqtisadi siyasətin yaranacağına” ümidvar olduğunu bildirib:
"Aydın iqtisadi siyasət olmayan yerə sərmayə də qoyulmur. Bu ölkəyə ciddi investisiya o vaxtadək qoyulmayacaq ki, investor bu hökumətin hansı iqtisadi siyasət apardığını, niyyətinin nə olduğunu, biznesə necə yanaşdığını anlasın. Hökumət yoxlamanı xüsusi təyinatlının köməyi ilə aparacaq, yoxsa sivil yolla. Mənim prezidentliyimdən bəri, son 10 ildə belə şey olmayıb. İndi biznesmen nə vaxtsa onun üstünə belə gələcəklərini də düşünməlidir”.
Jurnalist ona deyib ki, əvvəlki illər biznesmenlərin gəlirlərinin 50 faizini alıblar.
"50 faizin alınmasıyla bağlı neçə işi sübuta yetirdilər? Neçə ay keçib? Neçə "50 faiz” işi sübuta yetirilib? Mən əsl mənzərənin necə olduğunu bilmirəm… O vaxtdan bircə fakt da ortaya qoyulmayıb”, – eks-prezident deyib.
"Ermənistanda iqtisadi siyasət yoxdur, ancaq korrupsiyayla mübarizə var ki, bu, yaxşıdır. Amma korrupsiyayla mübarizə iqtisadi siyasət deyil”, – deyə Koçaryan baş nazir Nikol Paşinyan hökumətini tənqid edib.
"Korrupsiyayla mübarizə təkcə adamları tutub buraxmaq deyil, ancaq güc nümayişi deyil. Korrupsiyayla mübarizədən ötrü, hər şeydən öncə prosedurların şəffaflığını təmin etmək, digər addımlar atmaq lazımdır”, – Koçaryan vurğulayıb.
Jurnalistin onun siyasətə qayıdıb-qayıtmayacağı ilə bağlı sualına cavabında keçmiş prezident deyib: "Hesab edin ki, artıq qayıtmışam”.
Xatırladaq ki, Paşinyan hakimiyyətə gələndən sonra korrupsiyayla mübarizə çərçivəsində bir sıra həbslər gerçəkləşdirilib. Keçmiş prezident Serj Sarkisyanın bir neçə yaxın qohumuna qanunsuz yolla varlanma ittihamı irəli sürülüb.
İkinci prezident Robert Koçaryan 2008-ci ildə prezident seçkisindən sonrakı zorakı hadisələrlə əlaqədar saxlansa da, sonradan məhkəmənin qərarıyla azadlığa buraxılıb. O,özünə qarşı ittihamları siyasi motivli sayır.
Keçmiş prezidentə cinayət işi 2008-ci ildə prezident seçkisindən sonrakı etirazların zorla dağıdılmasına görə açılıb. O zaman seçkini uduzmuş Levon Ter-Petrossianın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Koçaryan fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.
Etirazların təşkilatçılarından biri indiki baş nazir Paşinyan idi. O, 2010-cu ildə qarışıqlıqların təşkili ittihamıyla 7 illik həbsə məhkum edildi, bir il sonra amnistiya ilə azadlığa çıxdı/Azadlıq radiosu
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb
Sabahın hava proqnozu açıqlandı
“Xalçalarda yaşayan tariximiz” adlı sərginin açılışı olacaq
“Alatava” ilə bağlı son qərar verildi - VİDEO
İcra başçısının qardaşı oğlu: “Atamı bu hərəkətinə görə öldürdüm” - Sabiq rəisin qətliylə bağlı sensasion ifadə
ABŞ Azərbaycanın bu şirkətinə sanksiya tətbiq etdi - Səbəb
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə - FOTOLAR