"Bransonun azadlığa çıxacağı təqdirdə də, Türkiyəyə əlavə rüsum qərarı ləğv olunmayacaq" - Rəsmi Vaşinqton

img

16-08-2018 [11:12]


 Türkiyədən idxal edilən polad və alüminium üçün rüsumların qaldırılması ABŞ-ın milli təhlükəsizliyi ilə bağlıdır. 

Bu barədə jurnalistlərə Ağ Evin rəsmisi Sara Sanders həftəlik brifinq zamanı deyib. 

Onun sözlərinə görə, rüsumlar hətta Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqələrə görə həbs olunmuş amerikalı keşiş Bransonun azadlığa çıxacağı təqdirdə də ləğv olunmayacaq.  

Lakin Sanders deyib ki, keşişin və ABŞ-ın nəzərdə tutduğu digər şəxslərin azadlığa çıxacağı təqdirdə ABŞ sanskiyaların ləğvini nəzərdən keçirə bilər. 

O əlavə edib ki, Vaşinqtonda Türkiyə iqtisadiyyatında baş verən proseslər diqqətlə izlənilir/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA