Ruhanidən Ərdoğana mesaj: "Trampı peşman edənə qədər dirənəcəyik"

img

10-08-2018 [20:32]


İran Prezidenti Həsən Ruhaninin xüsusi nümayəndəsi Mahmud Vaizinin Ankarada keçirdiyi görüşlərlə bağlı məlumat verilib.

Axar.az İRNA-ya istinadən xəbər verir ki, Tehran lirənin günü-gündən dəyərini itirməsi ilə bağlı Ankaraya həmrəylik mesajı verib.

Vaizi Türkiyədə keçirdiyi görüşlərdə ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi sanksiyaları müzakirə edib. Ərdoğanla görüşən Vaizi Ruhaninin mesajını Türkiyə liderinə çatdırıb.

Ruhaninin Ərdoğana "Trampı peşman edənə qədər dirənəcəyik" mesajı da çatdırılıb. Ərdoğan da öz növbəsində çatdırılan mesajdan məmnun qaldığını, İranla əməkdaşlığı davam etdirəcəklərini söyləyib.

Ərdoğan Vaiziyə yaxın vaxtda Ruhani ilə görüşmək istədiyini çatdırıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da İrana ABŞ-ın sanksiyalarını tətbiq etməyəcəklərini bildirib.

Qeyd edək ki, ötən gün Vaizinin Ərdoğanla görüş üçün Ankarada olduğu barədə məlumat vermişdik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA