İraqdan İrana gözlənilməz zərbə - Bağdad bank əməliyyatlarını dondurdu, alternativ enerji axtarışına çıxdı

img

09-08-2018 [15:24]


İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.

TASS  xəbər verir ki, bu barədə İraqın "Al-Mada" elektron nəşri məlumat verib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq tərəfini aktivləri dondurmaq və "qara siyahı"ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bütün bank əməliyyatlarını dayandırmağa məcbur edib.

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Məzhər Məhəmməd İrana qarşı məhdudiyyətlərin bank sektoru ilə yanaşı, energetika sahəsinə də toxunduğunu bildirib: "İraq hökuməti ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar alternativ enerji mənbələri üçün axtarışa başlayıb".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA