Türkiyə ABŞ-a qarşı - İranla əməkdaşlıq edəcək

img

08-08-2018 [16:34]


İrana qarşı ABŞ sanksiyalarının bərpa olunmasına baxmayaraq, Türkiyə İran İslam Respublikası ilə əməkdaşlığını davam etdirəcək.

Bunu "A Haber” telekanalına müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Denmez deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Tehrandan təbii qaz alışını bundan sonra da davam etdirəcək. Çünki bu barədə iki ölkə arasında müqavilə imzalanıb və onun müddəti 2026-ci ildə başa çatacaq.

"Müqaviləyə əsasən Türkiyə hər il İrandan 9,5 milyard kubmetr qaz almalıdır. Ölkə rəhbərliyi vətəndaşlarını soyuqda və elektriksiz qoymaq niyyətində deyil. Müqavilənin icra olunması davam etdiriləcək” – deyə, Denmez vurğulayıb.
AzVision

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA