“Gürcüstanın NATO-da üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər" - Rusiyanın Baş nazirindən xəbərdarlıq

img

06-08-2018 [14:08]


"Gürcüstanın NATO-ya daxil olması faciəvi nəticələrə gətirib çıxara bilər".

Bu sözləri Rusiya baş naziri Dmitri Medvedyev "Kommersant FM” radiostansiyasının müsahibəsində deyib.

"Gürcüstanın NATO-da üzvlüyü qorxunc münaqişəyə səbəb ola bilər, anlaşılmazdır, bu nəyə lazımdır”, - deyə baş nazir bildirib.

Dmitri Medvedyev onu da vurğulayıb ki, 2008-ci ildə Gürcüstan və Cənubi Osetiya arasında olan və Rusiyanın müdaxilə etdiyi silahlı konfliktin qarşısını almaq mümkün idi: "Heç nə qaçılmaz deyildi”.

Xatırladaq ki, iyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb.

Rusiya Prezidenti Vladimir Putin isə NATO-nun genişlənməsinə ölkəsinin son dərəcə mənfi yanaşdığını bəyan edib/Teleqraf.com.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA