“Mən sizinlə yeni görüşü səbirsizliklə gözləyirəm” - Tramp

img

02-08-2018 [10:11]


ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü səbirsizliklə gözlədiyini bildirib.

 "RİA Novosti” xəbər verir ki, o, bu barədə "Twitter” səhifəsində yazıb.

Donald Tramp Koreya müharibəsi zamanı ölən ABŞ hərbçilərinin meyitlərinin qalıqarının ölkəsinə göndərilməsi ilə bağlı verdiyi sözə əməl etdiyinə və məktubuna görə Kim Çen Ina təşəkkür edib: "Mən sizinlə yeni görüşü səbirsizliklə gözləyirəm”.

Avqustun 2-də ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarəsi Koreya müharibəsində həlak olmuş 55 hərbçinin meyitinin qalıqları Havaya adasındakı Xikam aviabazasına gətirib. Hərbçilərin meyitlərinin ABŞ tərəfinə verilməsi ilə bağlı razılşama Donald Trampla Kim Çen In arasında Sinqapurda keçirilən görüşdə əldə edilib/Report 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA