Yunanıstanda dəhşətli yanğında ölənlərin yaxınları hökuməti ittiham edir

img

01-08-2018 [17:26]


Yanğınlar nəticəsində insanların ölümü ilə əlaqədar Yunanıstan hökumətinə qarşı ilk məhkəmə iddiası ölənlərin yaxınları tərəfindən qaldırılıb.

TASS xəbər verir ki, iddianı Attikanın şimal-şərqindəki Neos Vutzas kurort qəsəbəsində ölən insanların yaxınları qaldırıblar.

İş üzrə cavabdeh şəxslər qismində Yunanıstan Daxili İşlər Nazirliyinin mülki müdafiə üzrə baş katibi Yannis Kapakis, paytaxtın Attika vilayətinin qubernatoru Rena Duru, Maraton şəhərinin meri İlias Psinakis, eləcə də daha aşağı çinli məmurlar, polis və yanğınsöndürmə xidmətinin əməkdaşları çıxış edəcək.

Qeyd edək ki, Afinada meşə yanğınları nəticəsində 91 nəfər ölüb. İyulun sonlarında daxili işlər nazirinin birinci müavini Nikos Toskas bəyan edib ki, istintaq orqanlarında Attikanın paytaxt ərazilərində baş verən fəlakətli yanğınlara qəsdən törədilən yanğının səbəb olması barədə dəlillər var/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA