Rusiya, Türkiyə və İran Suriyada separatizmə qarşı mübarizə aparacaq – Bəyannamə

img

31-07-2018 [17:48]


Suriyada barışığın təminatçıları olan ölkələr (Rusiya, İran, Türkiyə) Astana formatındakı Suriya məsələsi üzrə danışıqların Soçidə keçirilən onuncu mərhələsində ölkənin suverenliyini pozan separatçı niyyətlərlə mübarizə aparmağa hazır olduqlarını bildiriblər.

"RİA Novosti” xəbər verir ki, bu barədə "Astana-10″un yekun bəyanatının layihəsində deyilir.

"Tərəflər məqsədi Suriyanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də qonşu ölkələrdə milli təhlükəsizliyi pozmaq olan separatçı niyyətlərə qarşı mübarizəyə sadiqliklərini ifadə ediblər”, – sənəddə qeyd olunub.

Qeyd edək ki, iyulun 30-31-də Soçidə Astana formatındakı Suriya məsələsi üzrə danışıqların onuncu mərhələsi keçirilib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA