"Seçkilərin vaxtı tez bir zamanda dəqiqləşməlidr" - Gürcüstan prezidenti

img

29-07-2018 [16:50]


Gürcüstan prezidenti Qeorqi Marqvelaşvili ölkədə keçiriləcək prezident seçkilərinin vaxtının tez bir zamanda dəqiqləşdirilməsini təklif edib.

 Marqvelaşvili deyib ki, seçkilərin vaxt dəqiq bilinməlidir ki, siyasi qüvvələr seçki kampaniyasına ciddi hazırlaşa bilsinlər.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Milli Demokratiya İnstitutu (MDİ) məlumat yayıb.

Məlumatda bildirir ki, seçkilərin əvvəlcədən nəzərdə tutulmuş vaxtına çox az vaxt qalıb. Amma hələ çoxlu qaranlıq məsələlər və həll olunmamış suallar var.

Marqvelaşvilinin fikirlərini dəstəkləyən MDİ-nin məlumatında deyilir: "Prezident seçkiləri siyasi partiyalar və ayrı-ayrı namizədlər üçün əsl mübarizə meydanı olmalıdır. Onlar seçiciləri öz məqsəd və məramlarına inandırıb hərəkətə gətirə bilməlidirlər. Lakin, hələ də nə hakim "Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası öz namizədini müəyyən edə bilib, nə də Q.Marqvelaşvili özü bu seçkilərdə iştirakı barədə qərarını təsdiq etməyib. Bu da, cəmiyyətdə müəyyən anlaşılmazlıq və qeyri-müəyyənlik yaradır”.

Məlumat üçün qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabr ayına nəzərdə tutulub. Seçkilərin dəqiq vaxtı səsverməyə ən azı 60 gün qalmış elan olunmalıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA