Gürcüstanda yeni siyasi qalmaqal - Sabiq baş nazir prokurorluğa ifadə verəcək

img

26-07-2018 [10:35]


Gürcüstan yeni siyasi qalmaqalla üz-üzədir. Ölkənin sabiq baş naziri və bir neçə digər vəzifəli şəxsin adı korrupsiya qalmaqalında hallanır. Faktla əlaqədar Gürcüstanın sabiq baş naziri Georgi Kvirikaşvili ölkənin Baş prokurorluğunda ifadə verəcək.

Bu barədə jurnalistlərə Gürcüstan baş prokurorunun birinci müavini Mamuka Vasadze məlumat verib.

O deyib ki, buna səbəb ölkənin iqtisadiyyat və davamlı inkişaf, eləcə də regional inkişaf nazirliklərində vəzifə səlahiyyətlərini aşmaq və külli miqdarda pul vəsaitinin mənimsənilməsi faktlarının aşkarlanması olub.

M.Vasadzenin sözlərinə görə, ifadəsinin alınması vacib olan bütün vəzifəli şəxslər baş prokurorluğa çağırılacaqlar.

O, həmçinin deyib ki, sabiq iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili və keçmiş regional inkişaf naziri Zurab Alavidze artıq baş prokurorluqda ifadə veriblər. Amma zərurət yaransa onların ifadəsi yenidən alına bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA