"Ümid edirəm ki, Tramp yanlış addımlar atılmayacaq” - Ərdoğan

img

25-07-2018 [17:02]


"Necə ki, ABŞ bizim strateji model ortağımızdır, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər”.

Mia.az APA-ya istinadən xəbər verir ki, , bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasına səfəri öncəsi jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib:

"Biz həmin ölkələrdən elə məhsullar alırıq ki… Onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də eynisini deyirik”.

R. T. Ərdoğan ABŞ prezidenti Donald Trampın mövqeyini təqdir edib: "Hörmətli prezident bu məsələlərdə yaxşı duruş sərgiləyib. Bunun davam edəcəyini zənn edirəm. Ümid edirəm ki, yanlış addımlar atılmayacaq”.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması hesab olunacaq. Türkiyə İrandan neft idxal edən ölkələrdən biridir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA