"Hitlerin ruhu İsraili idarə edən bəzi siyasətçilər arasında yenidən xortlayıb” - Ərdoğandan sərt mesaj

img

24-07-2018 [13:52]


"Bu dünya yəhudilərin bir dövlətdir demək, həm də dünya yəhudilərini təhlükəyə atmaqdır”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

O qeyd edib ki, bölgədə baş verən hər bir haqsızlığın və kədərin sızıltısını ürəklərində hiss edirlər: "Heç şübhəsiz ki, bölgəmizdə ən məzlum bölgə Fələstindir. Zülmə uğrayan hər qardaşımıza yardım edəcəyik. Öz torpaqlarını müdafiə etməkdən başqa heç bir günahı olmayan fələstinlilərin üzərinə döyüş təyyarələri göndərən İsrail terror dövlətidir. İsrail qoca, qadın, uşaq demədən atəş açır, qadınları yerlə sürüyür, insanların evlərini başlarına uçurdur. İsrail "Milli dövlət haqqında" qanun qəbul etməklə ən irqçi dövlət olduğunu sübuta yetirib. Hitlerin ari irq ideologiyası ilə İsrail "bu torpaqlar İsrailindir” deməsi arasında heç bir fərq yoxdur. Hitlerin ruhu İsraili idarə edən bəzi siyasətçilər arasında yenidən xortlayıb”.

R.T.Ərdoğan bütün dövlətləri, Qeyri-Hökumət Təşkilatlarını, mətbuatı İsrailə qarşı addımlar atmağa çağırıb: "Bu gün susanlar sabah töküləcək qanın günahkarları olacaqlar. Türkiyə olaraq İsrailə qarşı çıxmağı, Fələstinə dəstək verməyə davam edəcəyik".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA