Trampdan Ruhaniyə sərt xəbərdarlıq: "ABŞ-ı heç vaxt təhdid etmə, yoxsa bunun ən ağır sonuncuna qatlanarsan"

img

23-07-2018 [19:33]


"Bir də ABŞ-ı heç vaxt təhdid etmə, yoxsa tarixdə bəziləri kimi bunun ən ağır sonuncuna qatlanarsan".

Mia.az xəbər verir ki, bu sözləri "Tvitter" səhifəsində ABŞ prezidenti Donald Tramp İran prezidenti Həsən Ruhaninin təhdidinə cavab olaraq yazıb.

Tramp bildirib ki, ABŞ belə təhdidlərə səbr göstərməyəcək: "Biz sizin axmaq təhdidlərinizə səbr göstərəcək ölkə deyilik. Ehtiyatlı olun”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ruhani ABŞ-ı təhdid edərək, "Odla oynamamağa" çağırıb: "Odla oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz. İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq. Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA